Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-440/2024 29.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, Şəxs, xx xxxxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İlqar Cümşüdov küçəsi, 17 saylı evin 81 saylı mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş 29 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 aprel 2024-cü il tarixdə, saat 19:30 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla idarə etdiyi «PEUGEOT 406 minik» markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhərində işıq cihazlarından düzgün istifadə etməməklə və narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Biləsuvar Rayon X2 yol polis bölməsinin yol patrul xidməti inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə və İnzibati xəta haqqılnda protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən edilsə də, həmin şəxsə istinad edilən və Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanın baxılması Biləsuvar rayon Məhkəməsinə aid olmadığına görə, həmin hissədə inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon X2 yol polis bölməsinə göndərilməlidir. Belə ki, işdə olan 29 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan, “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müayinə etmək üçün tibbi müayinəyə göndərilmə haqqında” 29 aprel 2024-cü il tarixli protokoldan və “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 29 aprel 2024cü il tarixli 05 saylı aktdan görünür ki, «PEUGEOT 406 minik» markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhərində idarə edərkən saxlanılmış və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə göndərilmiş Şəxs narkotik vasitə qəbulu nəticəsində yaranmış sərxoş vəziyyəti müəyyən edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 333-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara rayon (şəhər) məhkəmələri baxırlar. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə inzibati tənbeh kifayət etmir,onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-ci il tarixli Fərmanının 5.1-ci maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328-331-ci maddələri, o cümlədən 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə, işdə olan sübutlarla müəyyən edilir ki, 29 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs istinad edilən Azərbaycan Respublikası İXM-nin 329.3 və 333-1.1-ci maddələri ilə inzibati xətalardan birinin (İXM-nin 329.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın) baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, digərinin baxılması isə (İXM-nin 333-1-ci maddəsi ilə nəzərdə tutulmuş) rayon (şəhər) məhkəmələrinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edərək, belə bir hüquqi mövqe müəyyən etmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarının 1-ci bəndinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Biləsuvar Rayon X2 yol polis bölməsinin yol patrul xidməti inspektoru X1 tərəfindən tərtib edilmiş 29 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması üçün Biləsuvar rayon X2 yol polisi bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-440/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-440/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver