Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-440/2025 29.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X8 məhkəmə-iclas katibliyi, şikayət vermiş şəxs X3, protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X9 və Təbii Sərvətlər İdarəsininnümayəndəsi X4 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından, şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 barəsində 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min manat məbləğində inzibati cərimə edilmişdir. X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti Biləsuvar Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 özünə məxsus həyətyanı torpaq sahəsinin qarşısında, söyüd ağacı əkmişdir. Həmin ağac böyüdükdən sonra hasarına ziyan vurmuşdur. O da, həmin ağacın gövdəsini kəsdi ki, darvazası uçmasın. Hazırda kəsdiyi ağac yenidən pöhrə verib göyərmişdir. Bununla bağlı bələdiyyəyə də məlumat vermişdir. Sonradan ekologiyanın işçiləri gəlib bildirmişlər ki, bu ağacı o, qanunsuz kəsmişdir. T.Ə.Məmmədov onlara bildirmişdir ki, ağacı özü əkmiş və hazırda daş darvazasını uçurtduğundan müəyyən hissəsini kəsmişdir. Bu günlərdə ona Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı gəlmişdir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 manat cərimə edilmişdir. Həmin qərarın müəyyən etdi hissəsində göstərilir ki, guya o, darvazasını uçuran ağacı kəsməklə təbiətə 350 manat zərər vurmuşdur. Ona görə də qərarı əsassız sayaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: X6 şikayət ərizəsində göstərdiyi xüsusatlara uyğun çıxış edərək, barəsində tətbiq olunan cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 öz izahatında bildirmişdir ki, X6 qanunsuz olaraq söyüd ağacının kəsilməsi nəticəsində təbiətə 350 manat ziyan vurmuşdur. Buna görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X6 2000 (iki min) manat cərimə olunmuşdur. Sonda məhkəmədən şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 03 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, X6 Azərbaycan Resppublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 17 fevral 2025-ci il tarixli, 88927 saylı aktın surətindən görünür ki, qanunsuz kəsilmiş yaşıllığın növü söyüd ağacı, ağacın diametri 36 sm, sayı bir, təbiətə dəymiş ziyanın məbləği isə 350 (üç yüz əlli) manatdır. Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Bəydili hənd ərzai nümayəndəliyi tərəfindən verilmiş 18 may 2025-ci il tarixli, 5-39-2/2-227/2025 saylı arayışdan görünür ki, X2 rayonu, Bəydili kəndi, V. Qasımov küçəsi, ev 51 ünvanında yaşayır. Məhkəmə iclasında, X6 tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, T.Ə.Məmmədov özünə məxsus olan torpaq sahəsinə aid çəpərin qarşısında əkilmiş ağacı kəsmişdirş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən meşə fonduna daxil olmayan yaşıllıqların istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Məcəllənin müvafiq maddələri ilə tənzimlənir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən yaşıllıqlar – şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu; 1.0.12. yaşıllıqların götürülməsi – bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir; 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə toplanmış sübutlara hərtərəfli, tam və obyektiv qiymət verərək, eləcə də iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də X1 qadağan olunan söyüd ağacı növündə ağacı kəsərək inzibati xəta törətmişdir. T.Ə.Məmmədovun inzibati xətanı törətməsi, onun özü tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillər ilə müəyyən olunsa da, T.Ə.Məmmədov həmin ağacın kəsilməsinin inzibati xəta olduğunu bilmədiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəmə izah edir ki, qanunu bilməmək inzibati xəta törətmiş şəxsi inzibati məsuliyyətdən azad etmir. Həmçinin, məhkəmə iclasında sədrlik edənin verdiyi suallara cavab olaraq T.Ə.Məmmədov bildirmişdir ki, ağacı kəsmədən öncə heç bir orqana, o cümlədən də, bələdiyyəyə müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və X3 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X6 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddələrini rəhbər tutub, məhkəmə, QƏRARA ALDI: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X9 və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* saylı qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-440/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-440/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver