Məhkəmə qərarları › İş №3(022)-448/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-448/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-448/2025 23.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Biləsuvar şəhəri H.Aslanov küçəsi ev 40-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Şəxs 22 may 2025-ci il tarixdə saat 18:45 radələrində Biləsuvar şəhəri Vaqif küçəsində ictimai yerdə digər şəxslərlə mübahisə edərək, ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında göstərmişdir ki, Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 40-da yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:45 radələrində Biləsuvar şəhəri Vaqif küçəsində X7 ilə mübahisə edərək ictimai yerdə ictimai qaydanı pozmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Biləsuvar şəhəri, Vaqif küçəsində olan zaman bir qədər spirtli işki qəbul etdiyindən özünü idarə edə bilməmiş və tanışı Farizlə xatırlamadığı səbəbdən kobud zarafat etmiş və nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı sərxoş olduğundan ünvansız nəlayiq söyüşlər söyməyə bağlamışdır.Hazırda əməlindən peşimandır.Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında X7 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Biləsuvar şəhərində alış-veriş mağazasının qarşısında olarkən Şəxs sərxoş vəziyyətdə ona yaxınlaşaraq onunla mübahisə etməyə başlamışdır.Daha sonra onun qolundan tutaraq ona qarşı cəmiyyət arasında nalayiq ifadələr işlətmiş, onu söyüb təhqir etmişdir. Məhkəmə iclasında X6 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X7 onun işlədiyi mağazanın qarşısında dayanmışdır. Bu zaman Şəxs Fariz Rəhimova yaxınlaşaraq onunla ucadan mübahisə etməyə başlamışdır.Daha sonra polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində əmisi Şəxs ilə birlikdə kafedə bir qədər spirtli içki qəbul etmişlər.Onlar rayona gələn zaman əmisi Kamal Fariz adlı şəxsin yolda dayandığını görüb ona yaxınlaşmışdır. Bu zaman Kamalla Fariz arasında mübahisə düşmüş və həmin vaxt hadisə yerinə adamlar toplaşmışdır. Daha sonra polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Biləsuvar şəhəri Vaqif küçəsində ictimai yerdə ictimai qaydanı pozduğuna görə barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 23 may 2025-ci il tarixdən, saat 14:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. . X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar