Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-456/2024 18.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində eyni inzibati xəta üzrə barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən 29 mart 2024-cü il tarixdə saat 23:30 radələrində Biləsuvar rayonu ərazisində Şəxs üzərində şəxsi istehlak miqdarından artıq olmayan çəkidə - 4,721 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 göstərmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri Kəpəz rayonu 1-ci mikrorayon ev 1 mənzil 2-də qeydiyyatda olmaqla yaşayan Məmmədov X1 rayonu ərazisində narkotik vasitələri əldə etməsində, saxlamasında və daşımasında şübhəli olduğu üçün 29 mart 2024-cü il tarixdə 23:30 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində "Hundai Elantra” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq, Şəxs üzərində narkotik vasitə olması şübhəsi yarandığından tərəfindən video çəkiliş ilə vəkil X5 və Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Şəxs əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd sellefona bükülmüş bükülünü, gödəkçənin sol iç cibindən 1 ədəd "Samsung” markalı mobil telefonu, gödəkçənin sağ yan cibindən üzərində “Whinchester mətni yazılmış siqaret qutusunu və 1 ədəd alışqanı, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd avtomobil açarını, əynindəki şalvarın sağ arxa yan cibindən 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 7 ədəd 1 manatlıq pul əskinazlarını, əynindəki gödəkçənin sol iç cibindən öz adına olan şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və bir ədəd ödəniş kartını təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə marixuana vardır və öz istifadəsi üçün üzərində saxlamışdır. Eyni zamanda Şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi “Hundai Elantra” markalı **- ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Şəxs təqdim etdiyi həmin sellefona bükülmüş bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, şöbənin elektron tərəzisində çəkildikdə bükülü ilə birlikdə çəkisinin 6,51 qram olması müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq Şəxs aşkar olunaraq götürülmüş qurudulmuş marixuanaya bənzər bitki kütləsinin narkotik vasitə olub olmamasını yoxlamaq məqsədi ilə məhkəmə bioloji ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X2 30 mart 2024-cü il tarixli 19\301 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərər…» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi -4,721 qram qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, fərdi əməklə, yəni avtomobil ustası işləyərək dolanışığını təmin edir. Evlidir, himayəsində iki azyaşlı övladı var, 2 ilə yaxındır narkotik vasitə marixuanadan istifadə edir, çəkmə üsulu ilə qəbul edir. 27 mart 2024-cü il tarixdə yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu ərazisində piyada gəzən zaman yerdən 1 ədəd sellefona bükülmüş bükülü tapmışdır. Həmin bükülünü açıb baxıdqda içərisində narkotik vasitə marixuana olmasını görmüş və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 29 mart 2024-cü il tarixdə Biləsuvar rayonunda yaşayan tanışı Samir adlı şəxsdən borcunu almaq üçün Biləsuvar rayonuna idarə etdiyi “Hundai Elantra” markalı 77-ME- 675 dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu Ağayrı kəndində keçən hissəsində hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamışlar və polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman hüquqlarının müdafiəsi üçün Biləsuvar rayon vəkil bürosunun vəkili X5 ilə təmin edilmişdir. Üzərinə şəxsi-axtarış və idarə etdiyi avtomobilə baxış keçirilmiş, şəxsi-axtarış zamanı üzərində olan bir ədəd marixuana bükülünü könüllü surətdə təqdim etmiş, həmin bükülü ona məxsus olmuşdur. O, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli hesab edərək əməlindən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2024-cü il tarixli 19/301 nömrəli rəyinə əsasən Şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi-4,721 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı və həbsetmənin əvvəli 18 may 2024-cü il tarixdən saat 13:00-dan hesablanmalıdır. Eyni zamanda hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, Şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış -4,671 qram çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 18 may 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, Şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 4,671 qram qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(022)-456/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-456/2024
18.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver