Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-459/2025 29.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq inzibati tənbeh tədbirinin görülməsi üçün iş materialları ilə birlikdə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə protokol və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək və qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, protokol baxılmadan Biləsuvar rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. İş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisənin baş verdiyi zaman yolun keçid hissəsində heyvanların keçməsi üçün keçidin mövcud olubolmaması və ya belə keçidin mövcud olduğu halda heyvanların müəyyən olunmuş həmin yerdən, yaxud keçid nəzərdə tutulmayan yerdən keçirilməsi ilə bağlı araşdırma aparılmamış, bununla əlaqədar hadisə yerinin ətraflı müayinə edilməsinə dair sənədlər iş materiallarına əlavə edilməmişdir. Hadisə yerinin sxemindən hadisənin kənd yolunda, yaxud magistral yolda baş verməsi, heyvanların yoldan keçirilməsi zamanı bunun üçün yol nişanının olub-olmaması, heyvanların müəyyən edilmiş yerdən keçirilməsi qaydasına barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxsun əməl etməməsinə dair hər hansı araşdırılma aparılması müəyyən olunmur. Ona görə də məhkəmə belə hesab edir ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokola əlavə edilməli olan sənədlər tam şəkildə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinin tələbinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq surətdə tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana və vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş materiallar tamamlanması üçün Biləsuvar rayon Polis Şöbəsi geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrinə əsasən Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş materiallar Biləsuvar rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X3
Məhkəmə qərarları › İş №3(022)-459/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-459/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver