Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-460/2024 21.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1990-cı il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “Körpü-bina-tikinti” məhdud məsuliyyətli cəmiyyətində motorçu-elektrik vəzifəsində işləyən, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Hacıqabul rayonu, S.Almazov küçəsində yerləşən 11A nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 2,94 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 09 may 2024-cü il tarixdə, saat 23:45-də X2 idarə etdiyi «VAZ 2106” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında üzərinə keçirilmiş baxış zamanı həmin narkotik narkotik vasitə qurudulmuş marixuana həmin nəqliyyat vasitəsinin ön oturacağının sol hissəsindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 09 may 2024-cü il tarixdə Şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs şöbənin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında Şəxs içərisində olduğu ehtimal edilən X2 idarə etdiyi idarə etdiyi «VAZ 2106” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil əməliyyat müşahidəsinə götürülmüş və bundan bir neçə dəqiqə sonra, həmin gün saat 23:45-də həmin nəqliyyat vasitəsi Biləsuvar rayonu ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu vaxt saxlanılmış, Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında videoçəkiliş aparılmaqla M.R.Hüseynovun və Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Şəxs üzərindən isə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Toplanmış məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X4 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığına görə həmin şəxs barədə materiallar Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, ailə üzvləri ilə birlikdə, Hacıqabul rayonu, S.Almazov küçəsində yerləşən 11A nömrəli evdə yaşayır və “Körpü-bina-tikinti” məhdud məsuliyyətli cəmiyyətində motorçu-elektrik vəzifəsində işləyir və hazırda Salyan-Bakı magirstral yolunun çəkilişində fəhlə kimi çalışır. O, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. O, sonuncu dəfə qurudulmuş marixuana polis tərəfindən tutulmazdan 3-4 gün əvvəl, yol çəkilişi zamanı daşların arasında, yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzəriində gəzdirmişdir. O, 09 may 2024-cü il tarixdə, iş yoldaşı ilə birlikdə, Cəlilabad rayonuna getmək qərarına gəlmiş və həmin gün axşam saatlarında M.R.Hüseynovun idarə etdiyi «VAZ 2106” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonuna getmək üçün yola düşmüşlər. Onlar həmin gün təxminən 23 radələrində Biləsuvar rayonu ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduqları vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında onun üzərinə baxış keçirilmiş və o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Şəxs bildirdi ki, onun valideynləri ağır formada diabet xəstəliyindən əziyyət çəkirlər və atası müstəqil hərəkət etmək qabiliyyətini itirdiyinə görə yataq şəraitində müalicə olunur. Yeganə qardaşı bir neçə il bundan əvvəl vəfat etdiyinə, sonununcun arvadı isə çıxıb getdiyinə görə, mərhum qardaşının 2 azyaşlı övladı onun himayəsində yaşayır. O, ailəni dolandıran yeganə şəxs kimi həm xəstə valideynlərinə, həm də mərhum qardaşının 2 azyaşlı övladını saxlayır. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 10 may 2024-cü il tarixli, 19/410 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs təqdim etdiyi kütlənin qablaşdırıldığı zərf...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd gümüşü rəngli falqa kəsiyi bükümündə təmiz çəkisi 2,94 qram olan bitki mənşəli kütlə tərkibinda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Tədqiqata 0,05 qram sərf olunmuş, qalıq – 2,89 qram qalmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 2,89 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 2,89 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-460/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-460/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver