Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-467/2025 02.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 27 avqust 2002-cı il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, “Şuşa” yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 2025-ci ilin may ayında Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində narkotik vasitə olan marixuana istehlak etmiş və 31 may 2025-ci il tarixdə şübhəli şəxs qismində Biləsuvar rayon polis şöbəsində izahatı alındığı zaman narkotik maddələrin qəbulundan yaranan sərxoşluq vəziyyətində olduğuna dair əsaslı şübhələr yarandığına görə narkoloji yoxlamadan keçirilmiş və ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 iyun 2025-ci il tarixli, 307 saylı rəyi ilə Şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə halı müəyyən edilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Biləsuvar rayon polis şöbəsinin icraatında olan oğurluq cinayət işi ilə əlaqədar aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini Şəxs törətməsinə dair əsaslı məlumatlar əldə edilmiş və həmin şəxs 31 may 2025-ci il tarixdə izahatının alınması üçün Biləsuvar rayon polis şöbəsinə dəvət edilmişdir. Şəxs şöbədə olduğu zaman özünü idarə edə bilməmiş və buna görə də həmin şəxsin narkotik vasitələrin qəbulundan yaranan sərxoşluq vəziyyətində olduğun adair əsaslı şübhələr yaranmışdır. Həmin vaxt Şəxs özü də 13 may 2025-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində olduğu zaman tanımadığı şəxsdən pul müqabilində narkotik vasitə qurudulmuş marixuana aldığını etiraf etmişdir. Bundan sonra iş üzrə məcburi ambulator yoxlama keçirilmiş və ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 iyun 2025-ci il tarixli, 307 saylı rəyi ilə Şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə halları müəyyən edilərək, kannobionidlərin qəbulundan yaranan asılıq sindromu aşkar edilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur və 02 iyun 2025-ci il tarixdə həmin şəxs inzibati qaydada tutulmuşdur.. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində, “Şuşa” yaşayış massivində yaşayır. O, 2025-ci ilin may ayının ortalarında Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan bir tanışının toy mərasimində olduğu zaman tanımadığı şəxsdən narkotik vasitə qurudulmuş marixuana almış və sonradan həmin narkotik vasitəni istehlak etmişdir. O, 31 may 2025-ci il tarixdə o, əmisi oğlunun evindən edilmiş oğurluqla əlaqədar izahatının alınması üçün Biləsuvar rayon polis şöbəsinə çağırılmış və həmin vaxt onun narkotik vasitədən istifadə etdiyi aşkara çıxmışdır. Belə ki, o, polis şöbəsində olduğu zaman polis əməkdaşları onun hərəkətlərindən şübhələnmiş və onun barəsində narkotik vasitələrin qəbulundan yaranan sərxoşluq vəziyyətində olub-olmadığının müəyyən edilməsi məqsədi ilə məcburi yoxlama keçirilmişdir. O, həmçinin polis əməkdaşlarına narkotik vasitə marixuana istehlak etdiyini könüllü etiraf etmişdir. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli Şəxs faktiki olaraq tutulduğu və azadlıq hüququnun məhdudlaşdırıldığı vaxtdan, yəni 02 iyun 2025-ci il tarixdən, 10:00-dan hesablanmalıdır. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 iyun 2025-ci il tarixli, 307 saylı rəyindən görünür ki, Şəxsda kannabinoidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 02 iyun 2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Qərar, Şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməsinə dair hissədə, Şəxs ona təyin olunmuş inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-467/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-467/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver