Məhkəmə qərarları › İş №3(022)-47/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-47/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-47/2024 29.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İnzibati qərardan şikayət vermiş şəxs X3 Biləsuvar rayon Yol Patrul Xidmətinin inspektoru X4 iştirakı ilə X3 DİN BDYPİ-in 10 oktyabr 2023-cÜ il tarixli EQ17490749 saylı, 12 oktyabr 2023cü il tarixli EQ17428513 saylı, 18 oktyabr 2023-cü il tarixli EQ17536366 saylı, 20 oktyabr 2023-cü il tarixli EQ 64025 saylı, 30 noyabr 2023-cü il tarixli EQ 18312757 saylı, 03 noyabr 2023-cü il tarixli EQ17846029 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17846066 saylı, 03 noyabr 2023-cü il tarixli EQ178746066 saylı, 19 noyabr 2023-cü il tarixli EQ 18134113 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17845934 saylı qərarlarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, DİN BDYPİ-in 10 oktyabr 2023-cü il tarixli EQ17490749 saylı, 12 oktyabr 2023-cü il tarixli EQ17428513 saylı, 18 oktyabr 2023-cü il tarixli EQ17536366 saylı, 20 oktyabr 2023-cü il tarixli EQ 64025 saylı, 30 noyabr 2023-cü il tarixli EQ 18312757 saylı, 03 noyabr 2023-cü il tarixli EQ17846029 saylı, 03 noyabr 2023cü il tarixli EQ 17846066 saylı, 03 noyabr 2023-cü il tarixli EQ178746066 saylı, 19 noyabr 2023-cü il tarixli EQ 18134113 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17845934 saylı qərarlarının qanunsuz, ədalətsiz və əsassız olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati qərardan şikayət vermiş şəxs X8 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, KİA OPTİMA ** TR *** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur. O, X7 avtomobilini sürmək üçün etibarnamə vermişdir. Lakin çox vaxt avtomobil özündə olmuşdur. Son altı aydır ki, Amil Quliyevin sürücülük vəsiqəsinin müddəti bitmişdir. Lakin son altı ay avtomobilini özü idarə etmişdir. Bu günlərdə ona bəlli olmuşdur ki, elektron qaydada əsassız olaraq Amil Quliyev cərimə olunmuşdur. Belə ki, o, avtomobiili sürməmişdir. Amil Quliyevin adına etibarnamə olduğundan və onun sürücülük vəsiqəsi müddəti bitdiyindən, guya o, maşını idarə edirmiş kimi cərimə edilmişdir. Hesab edir ki, DİN BDYPİ-in 10 oktyabr 2023-cÜ il tarixli EQ17490749, 12 oktyabr 2023-cü il tarixli EQ17428513, 18 oktyabr 2023-cü il tarixli EQ17536366 saylı, 20 oktyabr 2023-cü il tarixli EQ 64025 saylı, 30 noyabr 2023-cü il tarixli EQ 18312757 saylı, 03 noyabr 2023-cü il tarixli EQ17846029 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17846066 saylı, 03 noyabr 2023cü il tarixli EQ178746066 saylı, 19 noyabr 2023-cü il tarixli EQ 18134113 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17845934 saylı qərarları qanunsuz və ədalətsizdir.Hesab edir ki, adı çəkilən qərarlar qəbul olunarkən İXM-nin 3,4,5,6,7,8 və 12-ci maddələrinin tələbləri pozulmuşdur. Sonda İ.Həsənov DİN BDYPİ-in 10 oktyabr 2023-cü il tarixli EQ17490749, 12 oktyabr 2023-cü il tarixli EQ17428513, 18 oktyabr 2023-cü il tarixli EQ17536366 saylı, 20 oktyabr 2023-cü il tarixli EQ 64025 saylı, 30 noyabr 2023-cü il tarixli EQ 18312757 saylı, 03 noyabr 2023-cü il tarixli EQ17846029 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17846066 saylı, 03 noyabr 2023-cü il tarixli EQ178746066 saylı, 19 noyabr 2023-cü il tarixli EQ 18134113 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17845934 saylı qərarlarının qanunsuz, ədalətsiz və əsassız olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Yol Patrul Xidmətinin inspektoru X9 məhkəmə iclasında izatında tərtib olunmuş elektron qərarların qanuni və əsaslı olduğunu, ona görə də ləğv edilməsinin heç bir hüquqi əsası olmadığını göstərmişdir. Odur ki, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, DİN BDYPİ-in 10 oktyabr 2023-cü il tarixli EQ17490749, 12 oktyabr 2023-cü il tarixli EQ17428513, 18 oktyabr 2023cü il tarixli EQ17536366 saylı, 20 oktyabr 2023-cü il tarixli EQ 64025 saylı, 30 noyabr 2023-cü il tarixli EQ 18312757 saylı, 03 noyabr 2023-cü il tarixli EQ17846029 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17846066 saylı, 03 noyabr 2023-cü il tarixli EQ178746066 saylı, 19 noyabr 2023-cü il tarixli EQ 18134113 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17845934 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair X8 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, işdə olan DİN BDYPİ-in 10 oktyabr 2023-cÜ il tarixli EQ17490749, 12 oktyabr 2023-cü il tarixli EQ17428513, 18 oktyabr 2023-cü il tarixli EQ17536366 saylı, 20 oktyabr 2023-cü il tarixli EQ 64025 saylı, 30 noyabr 2023-cü il tarixli EQ 18312757 saylı, 03 noyabr 2023-cü il tarixli EQ17846029 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17846066 saylı, 03 noyabr 2023-cü il tarixli EQ178746066 saylı, 19 noyabr 2023-cü il tarixli EQ 18134113 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17845934 saylı inzibati tənbeh vermə haqqında qərarlarla təyin olunmuş cərimə məbləğlərinə dair çıxarışdan görünür ki, X10 İXM-in 332.3, 328.1, 332.2., 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün barəsində ümumilikdə 2254 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.1 və 31.2-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühim əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslardandır. İşin müəyyən edilmiş hallarından görünür ki, X8 tərəfindən qaniniliyi və əsaslılığı mübahisə olunan mövcud qərarlar X6 barəsində qəbul edilməsinə baxmayaraq həmin qərarlar KİA OPTİMA ** TR *** dövlət nömrə nişanlı avtomaşının idarə edilməsi üçün adına etibarnamə verilməsi göstərilmiş X10 tərəfindən deyil, KİA OPTİMA ** TR *** dövlət nömrə nişanlı avtomaşının mülkiyyətçisi X8 tərəfindən mübahisələndirilmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X6 ümumilikdə 2254 manat cərimə edilməsi ilə bağlı DİN BDYPİ-in 10 oktyabr 2023-cü il tarixli EQ17490749, 12 oktyabr 2023-cü il tarixli EQ17428513, 18 oktyabr 2023-cü il tarixli EQ17536366 saylı, 20 oktyabr 2023-cü il tarixli EQ 64025 saylı, 30 noyabr 2023-cü il tarixli EQ 18312757 saylı, 03 noyabr 2023-cü il tarixli EQ17846029 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17846066 saylı, 03 noyabr 2023-cü il tarixli EQ178746066 saylı, 19 noyabr 2023-cü il tarixli EQ 18134113 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17845934 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə X8 tərəfindən verilmiş şikayət rədd edilməli və həmin qərarlar qanuni və əsaslı hesab edilməlidir. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X3 DİN BDYPİ-in 10 oktyabr 2023-cÜ il tarixli EQ17490749, 12 oktyabr 2023-cü il tarixli EQ17428513, 18 oktyabr 2023-cü il tarixli EQ17536366 saylı, 20 oktyabr 2023-cü il tarixli EQ 64025 saylı, 30 noyabr 2023-cü il tarixli EQ 18312757 saylı, 03 noyabr 2023-cü il tarixli EQ17846029 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17846066 saylı, 03 noyabr 2023-cü il tarixli EQ178746066 saylı, 19 noyabr 2023-cü il tarixli EQ 18134113 saylı, 03 noyabr 2023-cü il tarixli EQ 17845934 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Həmin qərarlar qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar