Məhkəmə qərarları › İş №3(022)-486/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-486/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-486/2025 05.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu Günəşli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-1360/2024 saylı icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13 yanvar 2023-cü il tarixli, GTKR9079667A299 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 2.947 (iki min doqquz yüz qırx yeddi) manat, 25 sentyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 501 (beş yüz bir) manat 49 (qırx doqquz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 (əlli dörd) manat 48 (qırx səkkiz) qəpik, cəmi 3.502 (üç min beş yüz iki) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)- 381/2025 saylı icra vərəqinə əsasən borclu X2 3268 (üç min iki yüz altmış səkkiz) manat pul və ödənilmiş dövlət rüsumuna görə 52 (əlli iki) manat 68 (altmış səkkiz) qəpik pul vəsaiti alınaraq tələbkar X3 verilməsi qərara alınmışdır. Borclu icra vərəqələrində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən 05 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-1360/2024 saylı qətnaməsinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin xeyrinə 13 yanvar 2023-cü il tarixli, GTKR9079667A299 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 2.947 (iki min doqquz yüz qırx yeddi) manat, 25 sentyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 501 (beş yüz bir) manat 49 (qırx doqquz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 (əlli dörd) manat 48 (qırx səkkiz) qəpik, cəmi 3.502 (üç min beş yüz iki) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-381/2025 saylı icra vərəqinə əsasən borclu X2 3268 (üç min iki yüz altmış səkkiz) manat pul və ödənilmiş dövlət rüsumuna görə 52 (əlli iki) manat 68 (altmış səkkiz) qəpik pul vəsaiti alınaraq tələbkar X3 verilməsi qərara alınmışdır. İcra sənədi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul etməklə icra sənədi icraata götürülmüş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. Borclu Şəxs ümumilikdə tələbkara hazırda 6823,65 manat məbləğdə borcu vardır. Hazırda icra sənədi tam şəkildə icra olunmadığına görə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs bildirmişdir ki, o, Biləsuvar Rayon Məhkəməsiinin xx.xx.2024-cü il tarixli 2(022)-1360/2024 saylı və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)- 381/2025 saylı qətnamələrinin icra edilməli olmasını və məhkəmə qətnaməsinin icra olunmamasına görə məsuliyyəti dərk edir. O, hazırda heç bir yerdə işləmir, ona görə də tələbkara ödəniş ödəmək iqtidarında deyildir. Bundan sonra icra sənədinin icra edilməsinə səy göstərməklə tələbkara ödənişlər edəcəkdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsiinin xx.xx.2024-cü il tarixli 2(022)- 1360/2024 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-381/2025 saylı icra sənədinə əsasən xx.xx.2025-ci il tarixli qərarlarla icraata başlanılmışdır. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, Şəxs icra sənədinin icrasının təmini istiqamətində ötən müddət ərzində müəyyən tədbirlər görməməsini nəzərə alaraq şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətaya görə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar