Məhkəmə qərarları › İş №3(022)-488/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-488/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-488/2024 03.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. İşin baxılmasını istisna edən hallar, o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. Bu inzibati xəta haqqında iş Biləsuvar Rayon Məhkəməsinin hakiminin icraatında olan Şəxs barəsində 3(022)-487/2024 saylı inzibati xəta haqqında işlə birlikdə baxılması üçün həmin işlə bir icraatda birləşdirilsin. Bu işə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işlə eyni vaxtda baxılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsin. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar