Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-489/2025 10.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X10 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(049)-2618/2024 saylı, 25 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay iki uşağın saxlanılması üçün 360 (üç yüz altmış)) manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən 23 may 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 2(049)-2618/2024 saylı, 25 dekabr 2024-cü il tarixli icra sənədinə Şəxs hər ay iki uşağın saxlanılması üçün 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 06 yanvar 2025-ci il tarixdə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, 06 yanvar 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, borclu Zərərçəkmiş şəxs həmin icra sənədinin icrasına dair bildiriş göndərilmişdir. Həmçinin, icra sənədinin icrası ilə bağlı Zərərçəkmiş şəxs yaşadığı ünvana poçt vasitəsilə xəbərdarlıq məktubu göndərərək, borcunu ödəməsini tələb etmişdir. Tələbkarın Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə müraciəti əsasında borclu barəsində axtarış verilmiş, nəticədə Şəxs şöbəyə gətirilmişdir. Borclunun izahatı alınan zaman o bildirmişdir ki, birgə nikahdan doğulmuş iki uşaqdan biri X8 ötən ilin avqust ayından hazıradək borclunun yanında yaşayır. Bununla əlaqədar tələbkarla əlaqə saxlanılmış, tələbkar bildirmişdir ki, həqiqətən də birgə nikahdan doğulmuş iki uşaqdan biri X8 ötən ilin avqust ayından hazıradək atası, borclu Şəxs yanında yaşayır bu səbəbdən, tələbkar yalnız öz himayəsində olan X1 üçün alimentin ödənilməsini tələb edir. Həmçinin, tələbkarın yaxın günlərdə birgə nikahdan doğulmuş X6 faktiki olaraq atasının yanında yaşadığını nəzərə alaraq heç bir aliment tələbinin olmaması barədə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə müraciət edəcəyini göstərmişdir. Sonda, Ş.İ.İbrahimova Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, fərdi əməklə məşğuldur, hal-hazırda işsizdir, borcu olduğunu inkar etmir. Şəxs həmçinin bildirmişdir ki, birgə nikahdan doğulmuş iki uşaqdan biri X8 ötən ilin avqust ayından hazıradək onun yanında yaşayır və bütün ehtiyacları ödənilir, birgə nikahdan doğulmuş X7 hazırda anası, tələbkar Zərərçəkmiş şəxs himayəsindədir. Şəxs məhkəmə tərəfindən şərait yaradılarsa bu gün 200 (iki yüz) manat, növbəti aylarda da X1 üçün müəyyən edilmiş 180 (yüz səksən) manat ödənişdən əlavə məbləğlər ödəyərək icra sənədi üzrə borcunu tam bağlayacağına dair məhkəmə iclasında öhdəlik götürdüyünü göstərmişdir. Sonda barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi, vəkil X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında yaradılmış şərait və verilmiş vaxt ərzində 200 (iki yüz) manat ödəniş etməsini, növbəti aylarda da X1 üçün müəyyən edilmiş 180 (yüz səksən) manat ödənişdən əlavə məbləğlər ödəyərək icra sənədi üzrə borcunu tam bağlayacağına dair öhdəlik götürdüyünü nəzərə alaraq, iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin 2(049)-2618/2024 saylı, 25 dekabr 2024-cü il tarixli icra sənədindən görünür ki, icra məmuru tərəfindən 06 yanvar 2025-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. 04 fevral 2025-ci il tarixli “Borclunun axtarılması barədə” qərardan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan olunmuşdur. “İnzibati xəta haqqında” 10 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Məmmədov X4 Rayon Məhkəməsinin 2(049)-2618/2024 saylı, 25 dekabr 2024-cü il tarixli icra sənədini icra etmədiyi üçün hazırda 1980 (min doqquz yüz səksən) manat məbləğində borcu yaranmış və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarı: Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş, eləcə də icra işində olan sənədlərlə müəyyən edilmişdir ki, 06 yanvar 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs hazırda işsiz olması səbəbindən daha yüksək məbləğdə olan öhdəliyi icra etmək iqtidarında olmaması öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs əməlində üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, məhkəmə iclasında elan edilmiş fasilə zamanı 200 manat məbləğində ödəniş icra etdiyi müəyyən olunmuşdur. Göstərilən bu hallar Şəxs üzürsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə hesab edir ki, Şəxs onun maddi imkansızlığı səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh qismində inzibati cərimənin tətbiqi, onsuzda pul öhdəliyi olan şəxsin əlavə məbləğ ilə öhdəliyini artıraraq vəziyyətinin çətinləşdirilməsinə səbəb olacaq bu isə icra sənədi üzrə öhdəliyin yerinə yetirilməsini daha da çətinləşdirirərək gələcəkdə barəsində hər hansı tədbirin görülməsi zamanı ağırlaşdırıcı hal qismində nəzərə alınması ilə nəticələncəkdir. Eləcə də məhkəmə hesab edir ki, Şəxs onun maddi imkansızlığı səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh qismində inzibati həbsin tətbiq edilməsi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinin tələblərini kobud surətdə pozaraq şəxs barəsində ədalətsiz məhkəmə qərarın qəbul edilməsi ilə nəticələnəcəkdir. Həmkəmə hesab edir ki, borclu Şəxs barəsində müvafiq qərar qəbul edərkən, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 borclu tərəfindən məhkəmə iclasında elan edilmiş fasilə zamanı ödədiyi 200 (iki yüz) manat məbləğinə dair qəbzin icra işinə əlavə edilməsini, bundan sonrakı müddət ərzində aylıq 180 (yüz səksən) manatdan əlavə ödəniş edəcəyi təqdirdə icra sənədi üzrə borcun azalması ilə nəticələnəcəyi üçün, məsələyə dair heç bir narazılığının olmadığını bildirməsi halı da nəzərə alınmalıdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs bir müddətdir işsiz olması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-489/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-489/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver