Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-492/2023 25.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun iclas katibliyi ilə, Şəxs, xx xxx 1961-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, Astara rayonu, Maşğan kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: 02 mart 2023-cü il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar X4 İslam Respublikasından keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarətindən keçən zaman onun əl yükələrinə daxil olan fərqli qara rəngli selofan torbaların işərisindən siqaret qutuları formasında 100 qramlıq qablaşmalarda olan kərə yağlarının arasında malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 33 qutu üzərində “MARLBORO GOLD EDGE” əmtə nişanlı yazısı olan siqaretlər aşkar edilərək götürrülmüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X3 tərəfindən 29 mart 2023-cü il tarixdə inzibati xəta haqqında 12000-02065/23 saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edirəm ki, toplanmış sübutlarla, Şəxs inzibati xəta törətməsində təqsri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsuldan istifadə etməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsi, bu az miqdarda olduqda inzibati xəta kimi müəyyən edilmişdir. İşdə olan maddi sübutların təhvil verilməsinə dair 02 mart 2023-cü il tarixli aktdan görünür ki, Şəxs aşkar edilərək götürülmüş 33 qutu üzərində “MARLBORO GOLD EDGE” əmtə nişanlı yazısı olan siqaretlər Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin 19/281 saylı ekspert rəyindən görünür ki, “ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 1 qutu, aksiz markası olmayan “MARLBORO GOLD EDGE”, əmtə nişanlı ştrix koduna görə (nazik) (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filtrli siqaretlərin 02 mart 2023-cü il tarixə 1 qutunun orta bazar qiyməti təxminən 7,00 manat, 33 qutunun qiyməti isə 231,00 manat müəyyən edilmişdir. iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngünləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdir İşin hallarını və Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati xətanın bilavsitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və Şəxs inzibati xətanın bilavasitə obyekti olan mallar, cəmi 231,00 manat dəyərində 33 qutu “MARLBORO GOLD EDGE” əmtəə nişanlı siqaretlər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev
Məhkəmə qərarları › İş №3(022)-492/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-492/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver