Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-499/2023 14.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1978-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, boşanmış, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, 8 Mart küçəsi, 113 saylı evdə qeydiyyatda olan, Baki şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 838 saylı evdə yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 nömrəli icra sənədinə əsasən Şəxs 25 mart 2010-cu il təvəllüdlü övladı X1, 31 mart 2011-ci il təvəllüdlü övladı X3 və 26 iyun 2016-cı il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 70 manat, yəni minimum əmək haqqı məbləğinin 0,38 misli miqdarında, cəmi 210 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 borclu Şəxs Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 nömrəli icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini və icra sənədini üzürsüz səbəbdən icra etmədiyini hesab edərək, Şəxs barəsində 14 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəmədə bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 nömrəli qətnaməsinə əsasən Şəxs borc qismində hər ay 210 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi onun icraatına daxil olduqdan sonra borclu Şəxs icra şöbəsinə dəvət edilmiş və icra hərəkətləri aparılmışdır. Borclu Şəxs hal-hazıradək ümumilikdə 9.048 manat məbləğində ödəniş etsə də, hal-hazırda icra sənədi üzrə ödənilməmiş 822 manat məbləğində borcu qalmışdır. 2023-cü ilin yanvar - mart aylarında borclu Şəxs aylıq ödəməli olduğu aliment ödənişlərini tam icra etsə də, əvvəlki dövr üzrə yaranmış borcundan bu müddətdə ümumilikdə cəmi 150 manat ödəniş etmişdir. Bu isə Şəxs aliment barədə icra sənədi üzrə əvvəlki dövrlərdə yaranmış borcunun tam ödənilməsinə kifayət etməmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs borcun dərhal və tam şəkildə ödənilməsini, əks halda borclu şəxsin barəsində inzibati həbsin tətbiq edilməsini tələb etdiyinə görə o, borclunun əmlak vəziyyətini elektron icra sistemi vasitəsi ilə yoxlayaraq həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etməklə məhkəməyə təqdim etmişdir. Sonda E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 nömrəli qətnaməsinə əsasənda ondan keçmiş arvadı Zərərçəkmiş şəxs xeyrinə hər ay 210 manat məbləğində aliment tutulması qət edilmişdir. O, Zərərçəkmiş şəxs ilə birgə nikahda olduğu dövrdə Bakı şəhərinin Binə qəsəbəsində, keçmiş qaynanasının adına alınmış torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, Zərərçəkmiş şəxs ayrıldıqdan sonra həmin evi uşaqları ilə birlikdə yaşaması üçün keçmiş arvadı Zərərçəkmiş şəxs vermiş, özü başqa ünvanda kirayələdiyi mənzilə köçmüşdür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment ödənişlərini həmişə və tam icra etmişdir. Lakin icra sənədi üzrə indiyədək 9.048 manat məbləğində ödəniş etməsi barədə qəbzləri özündə olsa da, qalan 822 manat məbləğində aliment ödənişləri barədə qəbzləri üzlü səbəbdən məhkəməyə təqdim edə bilmir. Belə ki, 2020-ci ilin fevral ayında keçmiş arvadı Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyini və buna görə də onun poçt vasitəsilə göndərdiyi aliment ödənişlərini ala bilmədiyini bildirdiyinə görə o, özünə məxsus “Leobank” bank kartını Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs, özünün yaşadığı Bakı şəhərinin Binə qəsəbəsində olan bankomat vasitəsilə həmin kartdan 2022-ci ilin fevral-mart aylarında 600 manatdan çox pul vəsaiti götürməsi bank hesabından çıxarışla da təsdiqini tapır. Bundan başqa, həmin dövrdə keçmiş arvadının və uşaqlarının yaşadığı evin damı uçduğu zaman Zərərçəkmiş şəxs nəğd şəkildə 200 manat vermişdir. Hazırda Zərərçəkmiş şəxs başqa bir kişi ilə faktiki nikah münasibətlərinə daxil olaraq, Binə sovxozu yaşayış massivində kirayələdiyi evdə yaşadığına görə Zərərçəkmiş şəxs ilə birgə nikahdan olan uşaqları hazırda Binə qəsəbəsində, onun inşa etdiyi evdə, keçmiş qaynanası ilə birlikdə yaşayırlar. Buna görə də o, uşaqları naminə nəinki aliment ödənişlərini vaxtında ödəyir, hətta uşaqlarının asudə vaxtlarını səmərəli keçirməsi üçün həmin evə öz hesabına internet xətti çəkdirmiş və peyk antennası quraşdırmışdır. O, əvvəllər avtomobil təmiri sexində qeyri-rəsmi əsaslarla fəhlə işləsə də, qazancı onun aliment öhdəliklərinin icrasına kifayət etmədiyinə görə o, həmin işdən çıxmış və Bakı şəhərində “Uber” taksi şirkəti ilə müqavilə bağlayaraq, həmin şirkətin avtomobili ilə taksi xidməti göstərir. 2023-cü ilin yanvar – mart aylarında o, aylıq 210 manat aliment ödənişlərindən əlavə daha 150 manat ödəniş etmişdir. O, işlədiyi şirkətdən hər ayın 20-21 tarixlərində əmək haqqı alır. 2023-cü ilin aprel ayının əmək haqqını aldıqdan sonra o, bu ayın aliment ödənişi ilə yanaşı əvvəlki dövr üzrə borcuna görə daha 90 manat ödəniş etməyi planlaşdırır. Çünki, onun aylıq qazancı cəmi 430 manatdır və o, həmin pulun 100 manat hissəsini öz yaşadığı evin kirayə haqqına sərf edir. Buna görə də o, hal-hazıradək rəsmi qaydada ödənilməmiş qalan 822 manat məbləğində borcunu tam ödəmək tam və birdəfəlik ödəmək iqtidarında deyil. Əgər məhkəmə onun barəsində inzibati həbs seçərsə, o, “Uber” şirkətindəki işini də itirəcək və aliment ödənişlərini ödəmək iqtidarından tamamilə mərhum ediləcək. Bununla əlaqıdar Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X7 məhkəmədə bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)- 596/2019 nömrəli icra sənədinə əsasən Şəxs cəmi 210 manat məbləğində alimentin Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs hazırda başqa şəxslə faktiki nikaha daxil olmuşdur və Bakı şəhərində yaşayır. Birgə nikahdan olan uşaqları da hazırda Zərərçəkmiş şəxs ilə birgə yaşayırlar. Məhkəmə tərəfindən qət edilən 210 manat məbləğində aliment uşaqların xərclərinin ödənilməsinə kifayət etmir. Lakin Şəxs əvvəlki dövr üzrə yaranmış 800 manatdan artıq məbləğdə aliment borcunu ödəmir. Bundan başqa, Şəxs onun qızını tez-tez narahat edir, həmin şəxsin ailə həyatına müdaxilələr edir. Qızı Zərərçəkmiş şəxs Şəxs dəfələrlə polisə şikayətlər etsə də, sonuncu barəsində heç bir tədbir görülməmişdir. Qızı Bakı şəhərində yaşadığına görə Şəxs hansı ayda və nə qədər ödənişlər etməsindən tam məlumatı yoxdur. Lakin o, dəqiq bilir ki, Şəxs icra sənədinin icrasını tam təmin etməmiş və həmin icra sənədinin icrası üçün az məbləğdə ödənişlər etmişdir. O, icra sənədi üzrə borcun tam şəkildə ödənilməsini istəyir. Buna görə də o, Zərərçəkmiş şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını tələb edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, habelə icra sənədi üzrə tələbkarın nümayəndəsini dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 18 iyun 2019-cu il tarixli qərarla icraata başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin məhkəmə iclasında tədqiq edilib, öyrənilmiş hallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 nömrəli icra sənədini tam icra etməmiş borclu Şəxs hərəkətləri qəsdlə əhatə olunmamışdır. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 nömrəli icra sənədi üzrə borclu Şəxs həmin məhkəmə qətnaməsində müəyyən olunmuş aylıq aliment borcunu tam ödəsə də, əvvəlki dövr üzrə yaranmış borcundan hissə-hissə məbləğində ödənişlər etmiş, lakin iradəsindən asılı olmayan səbəblərdən borcunu bir dəfəyə və tam ödəyə bilməmişdir. İş materiallarından görünür ki, Şəxs hazırda “Uber” taksi şirkətində çalışır və həmin şirkətdən əmək haqqı və ya xidmət haqqı qismində hər ay müəyyən məbləğdə vəsaitlər alır. Lakin icra məmuru Şəxs “Uber” taksi şirkətindən aldığı vəsaitlərin məbləğin müəyyənləşdirilməsi üçün heç bir tədbir görmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla da, Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)- 596/2019 nömrəli icra sənədinin icrasının təmin məqsədi ilə Şəxs şərait yaradılmamış, bütün imkanlar tükənmədən, habelə maddi və əmlak vəziyyəti tam yoxlanılmadan, yəni qəsdin mövcudluğu araşdırılmadan icra sənədini qərəzli şəkildə icra etməməsi əsası ilə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla, məhkəməyə təqdim edilmişdir. Hamçinin iş materialları ilə müəyyən edilir ki, son dövrlərdə Şəxs maddi vəziyyətinin imkan verdiyi hədlərdə icra sənədinin icrasına cəhd göstərmişdir. Şəxs həmin hərəkətləri isə məhkəmə qətnaməsini icra etməməsinin qərəzli xarakter daşımadığının göstəricisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-499/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-499/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver