Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-5/2025 17.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Biləsuvar rayonu Bəydili kəndi X.Mərdiyev küçəsi ev 17-də yerləşən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan «Rosk N Roll” X5 (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq, X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi (kontaktı) hüquqi qüvvəyə minmədən qanunsuz olaraq iş və xidmətlərə cəlb etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş materiallarına əlavə edilmiş X1 izahatından görünür ki, X4 xx.xx.2024-15.09. 2024-cü il tarixində "xxxx" MMC-də operator vəzifəsində işlədiyini, onu işə Şimran adlı şəxsin cəlb etdiyini, müəssisənin ilkin olaraq Mərdanov Qardaşları küçəsindəki ünvanda fəaliyyət göstərdiyini, daha sonra Bülbül 40 prospektinə köçdüyünü, iş müddətində onunla əmək müqaviləsi bağlanmadığını, müəssisədə çalışmasını sübut edən rəsmi sənədinin olmadığını, lakin yazışmalarının olduğunu, müqaviləsiz fəaliyyətinin araşdırlması və ona çatacaq əmək haqqının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş «Rosk N Roll” MMC-in direktoru E.N. İbrahimovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini cənab Fərid Bağırovun xx.xx.2024-cü il tarixli məktubuna 3-17-5/2-65704/2024 saylı cavab məktubunda X1 "xxxx" MMC-nə işçi kimi yox, təcrübəçi kimi cəlb edildiyi və Ülviyyə xanım ilə Cəmiyyət arasında heç bir əmək münasibətlərinin olmamasını nəzərə alaraq müqavilənin bağlanılmadığı göstərilmişdir. Daha sonra göstərilmişdir ki, Cəmiyyət artıq ləğv etmə prosesindədir deyə, Ülviyyə xanıma yeni işçinin cəlb olunmasının məqsədə müvafiq olmadığının bildirildiyi, lakin xanımın bu sahəyə yiyələnmək və müvafiq səriştələri əldə etmək üçün təcrübəçi qismində iştirak etməsini xahiş etdiyi, Ülviyyə xanıma verilən 165 manat haqqında məlumatsız olduğunu, bu pulların ona verilməsi barədə mühasibatlığa heç bir göstəriş verilmədiyini göstərmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, X4 "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 29 avqust 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə"xxxx" MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta baş vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş «Rosk N Roll” MMC-in direktoru E.N. İbrahimovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini cənab Fərid Bağırovun xx.xx.2024-cü il tarixli məktubuna 3-17-5/2-65704/2024 saylı cavab məktubunda da X1 "xxxx" MMC-nə işçi kimi yox, təcrübəçi kimi cəlb edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən:
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati xəta törətmiş «Rosk N Roll” X2 əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş «Rosk N Roll” MMC barəsində inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, təqsirin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 40,43, 114-116,12-130-cu maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİM:
«Rosk N Roll” X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X10