Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-50/2024 15.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məhləhətçi (məhkəmə iclas katibi) X11 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 və inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X6, 06 mart 1967-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisinin inzibati xəta haqqında 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 20 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən X6 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisinin inzibati xəta haqqında iş üzrə 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı ilə X6 barəsində 1.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 15 yanvar 2024-cü il tarixdə X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisinin inzibati xəta haqqında iş üzrə 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Ş.Ə.Hüseynov göstərdi ki, o, özünə məxsus ov tüfəngi ilə uzun zamandır ki, ov edir və onun ov etmək üçün rəsmi icazəsi və ovçuluq bileti var. O, tanışları X3 və X4 ilə birlikdə 20 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində, ov etmək məqsədi ilə Ələt-Astara yolunun yaxınlığında, “Mahmudçala” kimi tanınan bataqlıq və qamışlıq əraziyə getmişlər. Onlar həmin əraziyə axşam saatlarında çatmış və hava işıqlananda ov etmək məqsədilə uğurlu yer axtarmağa başlamışlar. Həmin vaxt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları onlara yaxınlaşaraq, onların sənədlərini yoxlamış və akt tərtib etmişlər. Belə ki, həmin aktda onların ov etməyə rəsmi icazələrinin olduğu qeyd edilmişdir. Lakin o, poçt göndərişi vasitəsilə 06 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı inzibatii tənbeh vermə haqqında qərarını aldıqdan sonra ona məlum olmuşdur ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 1.000 manat məbləğində cərimə edilmişdir. Həmin inizbati tənbeh vermə haqqında qərar və Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol əsassızdır. Onun və tanışlarının ov etmək üçün rəsmi icazələri olmuşdur. Bundan başqa, onlar heç bir heyvan və ya quş ovlamamışlar. Çünki ov etmək istədikləri əraziyə çatdıqdan sonra onlar havanın işıqlanması məqsədi ilə gözləmişlər. Həmin vaxt da müvafiq qurumun əməkdaşları onlara yaxınlaşmışdır. Həmin əməkdaşlar onları ərazidən çıxarmış və yalnız ov hüququnun məhdudlaşdırıla biləcəyini bildurmişlər. Lakin həmin vaxtdan təxminən 3-4 ay sonra ona iki dəfə həmin qurumdan məktub gəlmiş və sonuncu məktubla o, 1.000 manat məbləğində cərimə edildiyini öyrənmişdir. Əgər onlar ov etsəydilər, onların iştirakı ilə tərtib edilmiş aktda bu barədə qeyd edilər və həmin akta ovladıqları heyvanların və ya quşların cəsədlərinin fotoşəkillləri və ya video görüntüləri əlavə edilərdi. Lakin ona təqdim edilmiş sənədlərə həmin materiallar əlavə edilməmişdir. Həmin xüsusatlara görə də o hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən tərtib olunmuş 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz şəkildə tərtib edilmişdir. Buna görə də həmin vaxt onun üzərində və ya yanında ovlanmış heyvan cəsədləri aşkar edilməmişdir. Sonda, Ş.Ə.Hüseynov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisinin inzibati xəta haqqında 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə məhkəmədə şikayətdə göstərilən dəlilləri qəbul etməyərək göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları Rahib Həsənov, Şahin Əzimov və Hüseyn Həsənov tərəfindən 20 oktyabr 2023-cü il tarixdə “Mahmudçala” ovçuluq təsərüffatında brokonerliyə qarşı keçirilmiş reyd zamanı X6, X1 və X2 ov qaydalarını pozaraq, qadağan olunmuş vaxt və ərazidə olduğu müəyəyn edilmiş və yoxlamanın nəticələrinə dair akt tərtib edilərərk, həmin şəxslər 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə dəvət edilmişlər. X9 və digər şəxslər ov edəcəkləri əraziyə 1 gün əvvəldən və ov işıqları ilə gəlmişlər. Həmçinin müayinə zamanı həmin şəxslərin tüfənglərinin açıq vəziyyətdə olduğu aşkar edilmişdir. Həmin şəxslər ov etməsələr də, sonuncuların ov etməyə hazırlaşdıqlarını açıq şəkildə görmək mümkündür. Bununla əlaqədar digər şəxslərlə yanaşı Ş.Ə.Hüseynov barəsində də Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokola 20 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati binasında baxılmış və həmin şəxslər, o cümlədən Ş.Ə.Hüseynov barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş ən aşağı həddə, cəmi 1.000 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. O, hesab edir ki, həmin qərarın ləğv edilməsinə heç bir əsas yoxdur. Sonda, Nümayəndə şikayətin rədd edilməsini və inzibati tənbeh haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisinin inzibati xəta haqqında iş üzrə 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş 2424 qeydiyyat nömrəli ovçuluq biletinin surətindən görünür ki, Ş.Ə.Hüseynovun ov bileti 22 noyabr 2016-cı il tarixdən 11 noyabr 2024-cü il tarixədək etibarlıdır. İnzibati xəta haqqında iş materiallarında olan 10 oktyabr 2007-ci il tarixli, 170 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ş.Ə.Hüseynovun 12 kalibrli, ij-58 markalı, 29144 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazəsi vardır. İş materiallarına əlavə edilmiş AA seriyalı, 021750 nömrəli ov icazəsinin surətindən görünür ki, Ş.Ə.Hüseynovun Biləsuvar rayonunun ov sahəsində və Mahmudçala” ovçuluq təsərrüfatı ərazisində 21 oktyabr 2023-cü il tarixdə 3 ədəd ördək və 3 ədəd qaşqaldaq ovlamağa icazəsi vardır. İşdə olan AA seriyalı, 000292 nömrəli aktın surətindən görünür ki, 20 oktyabr 2023cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları Rahib Həsənov, Şahin Əzimov və Hüseyn Həsənov tərəfindəndən “Mahmudçala” ovçuluq təsərrüfatı ərazisində brokonerliyə qarşı keçirilmiş reyd nəticəsində X6, X1 və X2 həmin təsərrüfatda ov etdikləri aşkar edilmiş və həmin şəxslərin sənədləri yoxlanıldıqdan sonra sonunculara Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin bəndləri izah edilmişdir. İnzibati xəta haqqında iş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin sahə müfəttişi X7 tərəfindən Ş.Ə.Hüseynov barəsində 20 oktyabr 2023-cü il tarixdə, saat 22:42-də “Mahmudçala” ovçuluq təsərrüfatı ərazisində qanunsuz ov etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisinin inzibati xəta haqqında 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarından görünür ki, 20 oktyabr 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokola baxılaraq, Ş.Ə.Hüseynov barəsində “Mahmudçala” ovçuluq təsərrüfatı ərazisində qanunsuz ov edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə 1.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən aparılan xidməti yoxlama zamanı Ş.Ə.Hüseynovun ovçuluq hüququ olduğu, lakin Azərbaycan Respublikasının 04 iyun 1999-cu il tarixli, 675 İQ saylı “Heyvanlar Aləmi haqqında” Qanununun 15 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2005-ci il tarixli, 10 saylı Qərarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli, 176 saylı Qərarının tələblərini pozduğu və nəticədə Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi, buna görə də həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə 1.000 manat məbləğində inzibati cərimə tətbiq edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin dispozisiyasından və sanksiyasından isə görünür ki, ov qaydalarını kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə izniabti xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.1 və 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 135.1 və 135.2-ci maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, həmin Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Belə ki, Ş.Ə.Hüseynovun 2424 qeydiyyat nömrəli ovçuluq biletinin etibarlılıq müddəti 22 noyabr 2018-ci il tarixdə bitməsi, 20 oktyabr 2023-cü il tarixdə “Mahmudçala” ovçuluq təsərrüfatı ərazisində olması və üzərində ov silahı daşıması həmin şəxsin 20 oktyabr 2023-cü il tarixdə “Mahmudçala” ovçuluq təsərrüfatı ərazisində qanunsuz ov etdiyinə əsas vermir. Belə ki, əks etdirən heç bir foto və ya video qeydlər, habelə həmin tarixdə Ş.Ə.Hüseynov və onun tanışları tərəfindən ovlanmış heyvanların və ya quşların cəsədlərinin aşkar edildiyini özündə əks etdirən materiallar qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmin qurumun əməkdaşları tərəfindən Ş.Ə.Hüseynovun 20 oktyabr 2023cü il tarixdə “Mahmudçala” ovçuluq təsərrüfatı ərazisində olması və üzərində ov silahı daşıması əsas götürülərək, həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin inzibati xətalara dair qanunvericilik inzibati xətanın törədilməsinə hazırlğa və ya cəhdə görə məsuliyyət müəyyən etmir. İnzibati xətanın törədildiyi an onu törtəmiş şəxsin inzibati məsuliyyəti yaranır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisinin inzibati tənbeh vermə haqqında 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 133, 134,136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X6 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisinin inzibati tənbeh vermə haqqında 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-50/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-50/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver