Məhkəmə qərarları › İş №3(022)-502/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-502/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-502/2024 31.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, «X5» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 17 oktyabr 2023-cü il tarixli MN ******* saylı protokolun etibarsız edilməsi barədə «X5»MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsi tərəfindən «X5» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 17 oktyabr 2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq inzibati tənbeh tədbirinin görülməsi üçün iş materialları ilə birlikdə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 3(022)-1079/2023 saylı qərarı ilə «X5» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. «X5» MMC-nin nümayəndəsi X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 17 oktyabr 2023-cü il tarixli MN ******* saylı protokoldan şikayət verərək protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə «X5»MMC-nin nümayəndəsi X2 şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək və qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, şikayət baxılmadan «X5»MMC-nin nümayəndəsi X3 geri qaytarılmalıdır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə qeyd edilən şəxslərin inzibati xətalar haqqında işlər üzrə qərarlarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi və bu şikayətə baxılması nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 17 oktyabr 2023-cü il tarixli MN ******* saylı protokolundan «X5»MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin 17 oktyabr 2023-cü il tarixli MN ******* saylı nömrəli inzibati xəta haqqında protokolundan «X5» MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə «X5»MMC-nin nümayəndəsi X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar