Məhkəmə qərarları › İş №3(022)-503/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-503/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-503/2024 14.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, barəsində qərar qəbul edilmiş şəxs X4 iştirakı ilə, X4 barəsində 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü tarixli MN № ******* saylı qərardan X7 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən barəsində MN № ******* saylı qərarı ilə başlanılan inzibati xəta haqqında iş üzrə icraatın dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X7 məhkəmə iclasında ərizəsinə dəqiqləşmə verərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixində 3 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən H.Əliyev prospektində yerləşən ona məxsus yeməkxanada müvafiq yoxlama keçirilmiş, yoxlama zamanı yeməkxanada formalaşan maye tullantılarının Balqar çayına axıdılması əsası ilə İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə barəsində MN №2094195 saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2024-cü il tarixdə qərar qəbul edilsə də, həmin qərar xx.xx.2024-cü il tarixində ünvanına gəlmişdir. İXM-nin 264.0.1-ci maddəsinə görə su obyektlərinin çirklənməsinin, zibbillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsində qeyd olunub ki, fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir, yəni qanunun mənasına görə İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin təsir dairəsində olan inzibati xətanı törədən şəxs fiziki şəxs olduqda altı yüz manatdan min manatadək məbləğdə cərimə edilir. X2 MN № ******* saylı protokolu və MN № ******* saylı qərarı qanunsuz və ədalətsiz qəbul edərək həmin qərarın müvafiq hissəsində onun vəzifəli şəxs olduğunu qeyd etmişdir. Odur ki, 3 X8 və Təbii Sərvətlər İdarəsinin onun barəsində xx.xx.2024-cü tarixli MN № ******* saylı qərarının dəyişdirilərək fiziki şəxs kimi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü tarixli MN № ******* saylı qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü tarixli MN № ******* saylı qərarın qanunsuz olmasına dair hər hansı əsas müəyyən edilməmişdir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, X7 vəzifəli şəxs olmaqla (VÖEN: **********) fəaliyyət göstərir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü tarixli MN № ******* saylı qərarın ləğv edilməsi üçün X4 şikayətində qanuni əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü tarixli MN № ******* saylı qərarı qanuni və əsaslıdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı m: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü tarixli MN № ******* saylı qərar qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar