Məhkəmə qərarları › İş №3(022)-51/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-51/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-51/2024 26.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1985-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs satış məqsədi olmadan, şəxsi istifadə məqsədilə əldə etdiyi az miqdarda, yəni ümumilikdə 565 manat dəyərində 37 qutu “Marlboro gold edge”, 59 qutu “Kent nanotek 2.0” və 10 qutu “Marlboro edge less smell” markalı siqaretləri gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir.Bu əməli ilə Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərtib etdiyi 01 yanvar 2024-cü il tarixli № 10000-00141/23 saylı EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası vətəndaşı Şəxs 2023-cü ilin sentyabr ayında Türkiyə və İran İslam Respublikasında olduğu zaman oradan əldə etdiyi az miqdarda, yəni 565 manat dəyərində 37 qutu “Marlboro gold edge”, 59 qutu “Kent nanotek 2.0” və 10 qutu “Marlboro edge less smell” markalı siqaretləri idarə etdiyi “DAF” markalı, 99FL863/99ZJ563 dövlət qeydiyyat nişanlı yük avtomobilinin salonunda olan yatağın üzərinə qoyulmuş sənədlər üçün nəzərdə tutulmuş çantada, avtomobilin salonundakı ön cihazlar panelindəki boşluqlarda və qoşqunun sağ tərəfində olan əşyalar yığılmaq üçün nəzərdə tutulmuş dəmir konstruksiyalı qutudakı əşyaların yanında yerləşdirməklə 19 sentyabr 2023-cü il tarixdə saat 03 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. İş üzrə materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1353-9/7252 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zavod üsulu ilə hazırlanmış tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərə uyğundur və həmin siqaretlərin 19 sentyabr 2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 565 manat təşkil edir. Həmçinin ekspert rəyindən görünür ki, 2 qutu “Marlboro gold edge”, 3 qutu “Kent nanotek 2.0” və 1 qutu “Marlboro edge less smell” markalı siqaretlər tədqiqata sərf edilmişdir. Qeyd olunan faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən 21 noyabr 2023-cü il tarixdə İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnizibati materialı tərtib etmiş şəxsə və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1353-9/7252 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zavod üsulu ilə hazırlanmış tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur və həmin siqaretlərin 19 sentyabr 2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 565 manat müəyyən edilmişdir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş 35 qutu “Marlboro gold edge”, 56 qutu “Kent nanotek 2.0” və 09 qutu “Marlboro edge less smell” markalı siqaretləri müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar