Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-511/2024 05.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 nümayəndəsi Nümayəndə, inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, 30 avqust 1977-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanda yaşayan, X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisinin inzibati xəta haqqında 02 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən yeməkxananın fəaliyyəti zamanı formalaşan maye tullantılarının boru vasitəsi ilə Bolqarçay çayına axıdılması, haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisinin 02 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 barəsində 2.500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 03 iyun 2024-cü il tarixdə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisinin 02 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: X2 nümayəndəsi Nümayəndə məhkəmdə bildirdi ki, X4 onun qardaşıdır. Nümayəndə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin 02 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o, 2.500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Nümayəndə həmin qərarı poçt göndərişi vasitəsi ilə 29 may 2024-cü il tarixdə almışdır. Nümayəndə hesab edir ki, onun barəsində çıxarılan həmin qərar qanunsuz və əsassızdır. Belə ki, Nümayəndə Biləsuvar şəhəri, H Əliyev prospektində yerləşən, özünəməxsus yeməkxananı işlətməklə, maddi qazanc əldə edir. Nümayəndə həmin obyektin normal fəaliyyəti nəticəsində yaranan tullantıları tökmək üçün xüsusi quyu qazdırmışdır. Restoranın fəaliyyəti zamanı yaranan bütün tullantılar həmin quyuya axıdılır. Həmçinin həmin obyektin yerləşdiyi ərazidə şəhər kanalzasiya qurğuları inşa edilməmişdir. Nümayəndə həmin tullantıları Bolqarçay çayına axıtmamışdır. Lakin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun idarə etdiyi obyektə baxış keçirdikləri vaxt qərəzli olaraq onun barəsində inzibati qaydada protokol tərtib etmişlər və həmin protokol əsasında da onun qardaşı cərimə edilmişdir. Bundan başqa, qərarın surəti həmin şəxsə poçt vasitəsi ilə 29 may 2024-cü il tarixində təqdim edildiyinə görə şikayətvermə müddəti buraxılmamışdır. Sonda, Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisinin inzibati tənbeh vermə haqqında 02 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 məhkəmədə şikayətdə göstərilən dəlilləri qəbul etməyərək göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər idarəsinin əməkdaşları 18 aprel 2024-cü il tarixdə Nümayəndə məxsus Biləsuvar şəhəri, H Əliyev prospektində yerləşən yeməkxanaya baxış keçirilmiş və həmin baxış nəticəsində sonuncunun həmin obyektin normal fəaliyyəti nəticəsində yaranan tullantıları Bolqarçay çayına axıtdığı aşkar edilmişdir. Buna görə də Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən Nümayəndə barəsində 18 aprel 2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında Nümayəndə 2.500 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. O, hesab edir ki, həmin qərarın ləğv edilməsinə heç bir əsas yoxdur. Sonda, E.B.Bağırov şikayətin rədd edilməsini və inzibati tənbeh haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X5 tərəfindən Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən yeməkxananın fəaliyyəti zamanı formalaşan maye tullantılarının boru vasitəsi ilə Bolqarçay çayına axıtdığına görə Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisinin inzibati xəta haqqında 02 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarından görünür ki, 18 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* inzibati xəta haqqında protokola baxılaraq, Nümayəndə barəsində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən yeməkxananın fəaliyyəti zamanı formalaşan maye tullantılarının boru vasitəsi ilə Bolqarçay çayına axıtdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə 2.500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1 və 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 135.1 və 135.2-ci maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, həmin Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 264.0.1 Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisinin inzibati xəta haqqında iş üzrə 02 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilməlidir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan xidməti yoxlama zamanı Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi, buna görə də həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə 2.500 manat məbləğində inzibati cərimə tətbiq edildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi X3 tərəfindən təqdim edilən 18 aprel 2024-cü il tarixli aktda inzibati xətanın törədilməsini təsdiq edən fotoşəkillərin əlavə olunduğu göstərilsə də, məhkəməyə təqdim edilmədiyi üçün işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə, məhkəmənin təşəbbüsü ilə 03 iyul 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən yeməkxanaya yerli baxış keçirilmiş və nəticədə 02 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarında qeyd edilən əsaslar aşkar olunmamışdır. Belə ki, yerində müayinə zamanı Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən yeməkxananın fəaliyyəti ilə əlaqədar formalaşan maye tullantılarının bunun üçün xüsusi qazılmış quyuya axıdıldığı aşkar edilmişdir. Mübahisələndirilən qərarda göstərilən əsasla bağlı məhkəmə bildirir ki, Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən yeməkxanadan Bolqarçay çayına axıdıla biləcək nə boru, nə qurğu, nə də bunun üçün hazırlanmış hər hansı bir vasitə aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 02 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı ilə barəsində inzibati tənbeh tərtib edilmiş şəxsə münasibətdə inzibati xəta hadisəsi, eləcə də, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər idarəsinin rəisinin inzibati tənbeh vermə haqqında 02 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 133, 134,136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisinin inzibati tənbeh vermə haqqında 02 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-511/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-511/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver