Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-512/2023 01.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1996-ci ildə Biləsuvar rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar rayon polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 28 fevral 2023-cü il tarixdə saat 18:00 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də idarə etdiyi özünə məxsus “VAZ-21723” markalı **-TZ-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağayrı-Nəsimi kəndi arasında hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşmuş və nəticədə Şəxs və sərnişin Zərərçəkmiş şəxs müxtəlif dərəcəli xəsarətlər almışlar. Buna görə də, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, 28 fevral 2023-cü il tarixdə saat 18:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ona telefon edərək onu gedib götürməsini xahiş etmişdir.O, da Zərərçəkmiş şəxs idarə etdiyi özünə məxsus “VAZ-21723” markalı **-TZ-*** dövlət nömrə nişanlı avtomobilinə götürərək, Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də Ağayrı- Nəsimi kəndi arasında hərəkətdə olarkən qarşıdan gələn avtomobilin işıqları olmadığından və hava qaranlıq olduğundan həmin avtomobili görə bilməmiş və avtomobillə toqquşmuşdur.Nəticədə özü və sərnişin Zərərçəkmiş şəxs müxtəlif dərəcəli xəsarətlər almışlar.Zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir.Odur ki, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında hadisə zamanı yüngül dərəcəli xəsarət aldığını və ona dəymiş ziyanın Şəxs tərəfindən ödənildiyini, hazırda onun Şəxs heç bir tələbi və şikayəti olmadığını göstərmişdir. İş materiallarında olan “Nəqliyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 176 saylı 28 fevral 2023-cü il tarixli aktından görünür ki, Şəxs tibbi müayinə zamanı sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 90 saylı ekspert rəyindən görünür ki, Şəxs başın təpə nahiyyəsinin əzilmiş yarası, sağ və sol əllərin arxasının və sol diz nahiyyəsinin sıyrıqları müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtoqəza zamanı əmələ gələ bilər, əmələ gəlmə müddəti qərarda qeyd olunan xx.xx.2023cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 101 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs kəllə-beyin travması, baş beyinin silkələnməsi, alın-təpə, sol qulaq seyvanı, sağ əlin yumşaq toxumalarının əziyi, döş qəfəsinin küt travması müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtoqəza zamanı əmələ gələ bilər, əmələ gəlmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 01 aprel 2023-cü il tarixli Qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal onun səmimi peşmançılığı, həmçinin zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayəti olmaması, ağırlaşdıran hal isə müəyyən olunmamışdır. İş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlirəm ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər iş materialları ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, onun təqsiri tam sübuta yetirildiyinə görə, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir və ona İXM-in 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 9, 32, 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-512/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-512/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver