Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-516/2025 11.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Biləsuvar şəhəri Puşkin küçəsi ev 8-də qeydiyyatda olan, Biləsuvar şəhəri M.Füzuli küçəsində yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Biləsvar rayon Polis Şöbəsinin qarşısında ucadan nəlayiq ifadələr işlədərək ictimai yerdə ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon Polis şöbəsinin sahə rəisi X6 izahatında göstərmişdir ki, Biləsuvar şəhəri M.Füzuli küçəsində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində rayon Polis Şöbəsinin qarşısında sərxoş vəziyyətdə içərisində yanacaq dolu plastik qabla yaxınlaşaraq ona cərimə yazılmasını, bu səbəbdən özünü yandıracağını bildirərək heç bir əsaslı səbəb olmadan polis əməkdaşları ilə mübahisə etməyə və içəri daxil olmağa çalışmışdır. Onu nizam-intizama dəvət etsələr də, həmin şəxs RPŞ-nin qarşısında ucadan nəlayiq ifadələr işlədərək vətəndaşların narahatlığına səbəb olmaqla yanaşı, RPŞ-nin da iş rejimini pozmuşdur.Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də Şəxs hərəkətlərini davam etdirmişdir.Bu səbəbdən də polis əməkdaşları onu növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatlarla bağlı göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən qayınanasına məxsus evin qarşısında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq, idarə etdiyi avtomobili sərxoş vəziyyətdə idarə etdiyini bildirərək, ona məxsus olan avtomobili aparıb duracağa yerləşdirmişlər.Bu sənbəbdən də o, plastik butulkaya benzin dolduraraq polis şöbəsinin qarşısına gəlmiş və orada özünü yandıracağını bildirərək sıs-küy salmaqla, ucadan nəlayiq söyüşlər işlətmişdir.O, həmin vaxt yüngül sərxoş olmuşdur.Hazırda əməlindən səmimi peşiman oduğu üçün üzür istəyir və onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Şahid qismində dindirilmiş X1 izahatında bildirilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində polis nəfəri Qubad Eynullayevlə xidmətdə olarkən bir nəfər şəxs Biləsuvar rayon Polis şöbəsinin qarşısında sərxoş vəziyyətdə ucadan nəlayiq ifadələr işlədərək vətəndaşların narahatlığına səbəb olmaqla yanaşı, RPŞ-nin də iş rejimini pozmuşdur. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, həmin şəxs öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də polis əməkdaşları onu növbətçi hissəyə təhvil vermişdir. Sonradan məlum olmuşdur ki, həmin şəxs Biləsuvar şəhəri M.Füzuli küçəsində yaşayan Şəxsdur. Şahid qismində dindirilmiş X4 şahid X1 ilə eyni məzmunda ifadə vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 329.1-ci, 333.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun əməlindən səmimi peşiman olması və barəsində ağırlaşdıran halların müəyyən olunmamasıdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(022)-516/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-516/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver