Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-52/2024 19.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1985-ci ildə İran İslam Respublikasının Mərənd şəhərində anadan olmuş, İran İslam Respublikasının Mərənd şəhəri, X5 küçəsi, Tərbiyət məhəlləsi, ev 105 ünvanında qeydiyatda olan və həmin ünvanda yaşayan Şəxsın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməliyyat-istintaq baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməliyyat-istintaq baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33/3-1-058878/2023 saylı raportdan görünür ki, , İran İslam Respublikasının vətəndaşı Şəxs 2023-cü ilin noyabr ayında İran İslam Respublikasında olduğu zaman oradan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 720 manat dəyərində 288 qutu “Wisdom Silver” markalı siqareti malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Volvo” markalı, 56AB375/56AB376 dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasında sürücü və sərnişin oturacaqlarının altında, həmçinin akkumulyator qutusunun içərisində gizlətməklə 12 sentyabr 2023-cü il tarixdə saat 05 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməliyyat-istintaq baş İdarəsinin 07 yanvar 2024-cü il tarixli № 10000-00146/23 saylı EP № ******* inzibati xəta haqqında Protokola əsasən İran İslam Respublikasının vətəndaşı Şəxs 2023-cü ilin noyabr ayında İran İslam Respublikasında olduğu zaman oradan əldə etdiyi az miqdarda yəni ümumilikdə 720 manat dəyərində 288 qutu “Wisdom Silver” markalı siqareti malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Volvo” markalı, 56AB375/56AB376 dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasında sürücü və sərnişin oturacaqlarının altında, həmçinin akkumulyator qutusunun içərisində gizlətməklə 12 sentyabr 2023-cü il tarixdə saat 05 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən 07 yanvar 2024-cü il tarixdə İXM-in 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və inizibati materialı tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 1 dekabr 2023-cü il tarixli, 3-16-16/2-7/1568-9/8645 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan, ştirix koduna görə ilk üç rəqəmi 626 olan İran İslam Respublikası istehsalı olan 288 qutu “Wisdom Silver” markalı tütün məmulatlarının (siqaretlərin) keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. Ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan tütün məmulatlarının xx.xx.2023-cü il tarixə olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 720 manat müəyyən edilir. Həmçinin ekspert rəyindən görünür ki, 17 qutu “Wisdom Silver” markalı siqaret ekspertiza tədqiqatına sərf edilmişdir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş üzərində “Wisdom Silver” markalı 271 (iki yüz yetmiş bir ) qutu siqaretlər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-52/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-52/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver