Məhkəmə qərarları › İş №3(022)-520/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-520/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-520/2023 28.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, X2, xx.xx.1978-ci il tarixdə Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu Bəydili kəndi, M.F.Axundov küçəsi, 101 saylı evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(022)-404/2021 saylı məhkəmə əmrinə əsasən X1 əsas borc qismində 2.826 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat, cəmi 2.846 manat məbləğində pul vəsaiti “Soliton LTD” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də X2 barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 28 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi İ.İ.Əzizov məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, İ.B.Qəhrəmanova borcunu ödəmək təklif edilmiş, lakin İ.B.Qəhrəmanov müxtəlif bəhanələrlə icradan yayınmış və heç bir üzrlü səbəb göstərmədən məhkəmə qətnaməsini icra etməmişdir. Halhazıradək İ.B.Qəhrəmanov borcundan cəmi 100 manat ödəniş etmişdir. Dəfələrlə təklif olunmasına baxmayaraq, İ.B.Qəhrəmanov borcunu ödəməmişdir. İ.B.Qəhrəmanov borcunu kiçik məbləğlərə hissə-hissə ödəməyi təklif edir. Bu isə icra sənədinin vaxtında icra edilməsinə maneəçilik törədir. Belə ki, İ.B.Qəhrəmanov növbəti dəfə inzibati məsuliyyətdən yayındıqdan sonra cəzasızlıq şəraitində öz əməllərini davam etdirə bilər. Buna görə də İ.B.Qəhrəmanov barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda İ.İ.Əzizov İ.B.Qəhrəmanov barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İ.B.Qəhrəmanov inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(022)-404/2021 saylı məhkəmə əmrinə əsasən əsas borc qismində 2.826 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat, cəmi 2.846 manat məbləğində pul vəsaiti ondan tutularaq “Soliton LTD” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Lakin o, heç bir yerdə işləmədəyinə və fəhləliklə əldə etdiyi bütün qazancını xroniki böyrək xəstəliyindən əziyyət çəkən azyaşlı qızının müalicəsinə sərf etdiyinə görə “Soliton LTD” məhdud məsuliyyətli cəmiyyətinə olan ödəyə bilməmişdir. Hazırda o, məhkəmə qarşısına çıxarıldıqdan sonra məsuliyyətini dərk etmişdir. O, ailəsinə məxsus pay torpağında taxıl əkmişdir və may-iyun aylarında həmin taxılı biçdikdən sonra tələbkara olan borcunun ən azı yarısını dərhal ödəycəkdir. Lakin əgər barəsində inzibati həbs seçilərsə, təsərrüfatı başsız qalıb məhv ola və bunun nəticəsində bütün gəlirlərdən mərhum ola bilər. Çünki, arvadı evdə xəstə uşağına baxır, digər övladı isə tələb olduğuna görə onunla birlikdə yaşamır. Sonda İ.B.Qəhrəmanov barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla İ.B.Qəhrəmanovun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(022)-91/2022 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 19 aprel 2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, İ.B.Qəhrəmanovun şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İ.B.Qəhrəmanovun himayəsində 1 uşağının olmasını və himayəsində olan yetkinlik yaşına çatmayan uşağının böyrək xəstəliyindən əziyyət çəkməsini inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə İ.B.Qəhrəmanovun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və İ.B.Qəhrəmanovun şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, İ.B.Qəhrəmanovun cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar