Məhkəmə qərarları › İş №3(022)-521/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-521/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-521/2023 01.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin DYPB -nin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 27 aprel 2023-cü il tarixdə saat təxminən 20:30 radələrində Biləsuvar- Bəhrəmtəpə yolunun 20-ci km-də Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində özünə məxsus QAZ-53 markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək, dönmə əməliyyatı aparan zaman qarşıda hərəkətdə olan Hyundai markalı ** EH *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə hər iki avtomibilə zərər dıymişdir. Buna görə də Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin DYPB -nin polis kapitanı X3 göstərdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin DYPB-də çalışır. Şəxs 27 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində Biləsuvar- Bəhrəmtəpə yolunun 20-ci km-də Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində özünə məxsus QAZ-53 markall ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək, qarşıda hərəkətdə olan Hyundai markalı ** EH *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə hər iki avtomibilə zərər dıymişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, törətdiyi əməldən səmimi peşman olduğunu, bir daha qanun pozuntusuna və ictimai qaydanın pozulmasına səbəb olan əməllərə yol verməyəcəyini bildirdi. Odur ki, barəsində yungül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs tərəfindən onun avtomobilinə dəymiş ziyanı qismən ödədiyini və buna görə də Şəxs qarşı heç bir tələb və iddiasının olmamasını bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İşdə olan 27 aprel 2023-cü il tarixli 379 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxs hadisə baş verən zaman sərxoşluğun olması müəyyən edilməmişdir. İşdə olan 28 aprel 2023-cü il tarixli 80 saylı Akta əsasən “Hyundai” minik markall **- EH-*** dövlət nömrə nişanlı avtomobilə cəmi 6330 (altı min üç yüz otuz) manat dəyərində maddi zərər dəydiyi göstərilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsin ondan heç bir tələb və iddiasının olmaması iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona İXM-in 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar