Məhkəmə qərarları › İş №3(022)-522/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-522/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-522/2023 02.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, icra sənədi üzrə tələbkar X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1985-ci il tarixdə Biləsuvar rayonunun Dəvrişli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 3(022)-378/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Biləsuvar rayonu Dəvrişli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(022)-41/2022 nömrəli qətnaməsinə əsasən 28 sentyabr 2007-ci ildə anadan olmuş X2 və 15 dekabr 2010-cu ildə anadan olmuş X1 üçün Şəxs hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 02 may 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nicat Bəhmənov məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, Şəxs borcunu ödəmək təklif edilmiş, lakin Şəxs müxtəlif bəhanələrlə icradan yayınmaqla qaçıb gizlənmişdir. Bununla əlaqədar Şəxs Biləsuvar Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 3(022)-378/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin Şəxs barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri ilə islah olunmamışdır. Şəxs müxtəlif bəhanələrlə icradan yayınmış və heç bir üzrlü səbəb göstərmədən məhkəmə qətnaməsini icra etməmişdir. Hazırda Şəxs 2.680 manat məbləğində aliment borcu vardır. Dəfələrlə təklif olunmasına baxmayaraq, Şəxs aliment borcunu tam ödəməkdən imtina etmişdir. Belə ki, həf dəfə aliment borcunu vaxtında və tam ödəməyi vəd etməsinə baxmayaraq, Şəxs aliment borcunu kiçik məbləğlərdə və hissə-hissə ödəyir. Belə ki, inzibati qaydada həbs olunduqdan sonrakı 10 ay ərzində Şəxs nəinki əvvəlki aliment borcunu ödəmiş, hətta bu 10 ay ərzində ödəməli olduğu 2400 manat alimentdən də cəmi 1.300 manat ödəniş etmişdir. Bu isə tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyinə uyğun deyildir. Belə ki, Şəxs növbəti dəfə inzibati məsuliyyətdən yayındıqdan sonra cəzasızlıq şəraitində öz əməllərini davam etdirə bilər. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli icra sənədinə əsasən ondan tələbkarın xeyrinə 240 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin onun maddi imkanı olmadığına göə o, alimünt borcunu tam ödəyə bilməmiş və hal-hazıradək ümumilikdə 2.680 manat aliment borcu yaranmışdır. O, iş olduqda yalnız günəmuzd fəhlə kimi işləməklə maddi təminatını ödəyir. Bununla belə o, A.V.Nəzəfovaya olan aliment borcunu hissə-hissə tələbkara ödəməyə razıdır. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, məhkəmə qətnaməsinin qəbul olunduqdan sonra Şəxs birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün aliment ödəməmiş və nəticədə Şəxs təxminən 2.680 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda isə Şəxs ümumi borcunu hissə-hissə ödəyəcəyinə dair izahat verməklə inzibati məsuliyyətdən boyun qaçırmağa çalışır. Halbuki, Şəxs onunla birgə nikahından anadan olmuş uşağın maddi təminatını ödəmək üçün hər dəfə yalnız onun çoxsaylı tələblərindən və şikayətlərindən sonra ona müəyyən qədər ödənişlər etmişdir. Buna görə də o, himayəsində olan uşaqların maddi təminatını çox çətinliklə ödəyir. Sonda Zərərçəkmiş şəxs Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki Biləsuvar Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(022)-41/2022 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 28 mart 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs himayəsində 2 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs barəsində inzibati tənbeh tətbiq olunduqdan sonra il ərzində eyni inzibati xətanı təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, Şəxs hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 02 may 2023-cü il tarixdən, saat 16:30-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar