Məhkəmə qərarları › İş №3(022)-524/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-524/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-524/2023 04.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş MN seriyalı 04 may 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Nəzərov X4 rayon məhkəməsinin 2(073)-1959/2019 nömrəli icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin tərəfimdən qeyd olunan inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmaması və təritb edilmiş materialın natamam olması və işə baxılarkən onun tamamlanmasının mümkün olmaması müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs izahatında aliment borcundan 500 manat ödəniş etdiyi göstərilsə də, borclunun icra sənədinin icrası istiqamətində hansı hərəkətlər etməsi, borclu aliment borcunun müəyyən hissəsini ödəmişdirsə, həmin halın icra sənədinin icrası zamanı nəzərə alınıb-alınmaması və bunun əsasında borclunun icra sənədinin icrasına səy göstərdiyi halda onun barəsində inzibati xətanının törədilməsi və barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinin hansı zərurətdən irəli gəlməsi iş materialları ilə müəyyyən edilmir. Qeyd olunan halların və şəxsin inzabati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər araşdırma aparılmasının müəyyən edilməməsi təritb edilmiş materialın natamam olması və işə baxılarkən onun tamamlanmasının mümkün olmaması qənaətinə gəlməyə əsas verir. Həmçinin icra məmuru tərəfindən Şəxs məhkəməyə gətirilmədi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinin tələbinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq surətdə tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana və vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş tərtib edilmiş material natamam olduğuna və işə baxılarkən onun tamamlanması mümkün olmadığına görə həmin material onu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109cu maddələrinə əsasən QƏRARA ALDİM: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material onu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 geri qaytarılsın. Biləsuvar Rayon Məhkəməsinin Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar