Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-524/2025 30.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Biləsuvar rayonu Aşağı-Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, Aşağı-Cürəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində şəxsi təsərrüfatında olan bir baş iri buynuzlu inəyi Aşağı-Cürəli kəndində evinə aparan zaman həmin yolla hərəkətdə olan “Opel-Astra” markalı ** UL *** dövlət nömrə nişanlı avtomobil onun bir baş inəyi vuraraq öldümüşdür. Buna görə də Şəxs barəsində İXM-in 338.7-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, özünə məxsus bir baş iri buynuzlu inəyi 18 may 2025-ci il tarixdə, axşamüstü saat 20:20-də evə gələrkən Aşağı Cürəli kənd tam orta məktəbinin qarşısında AR DİN BDYP idarəsinin verdiyi texniki pasporta əsasən, ** UL *** dövlət qeydiyyat nömrə nişanlı, "Opel Astra" markalı avtomaşını idarə edən Zərərçəkmiş şəxs inəyini vuraraq öldürmüş və hadisə yerində inəyin başını özü kəsmişdir. Röşən Bədirlinin idarə etdiyi avtomaşın yüksək sürətlə inəyinə toxunduğu üçün inəyi hadisə yerində ölmüş və həmin vaxt Zərərçəkmiş şəxs kənd sakini Siyasətdən bıçaq alaraq inəyin başını kəsmişdir. Hadisədən sonra Rövşən ona atasının gələrək ona dəyən ziyanı ödəyəcəyini bildirmişdir. Atası yol polisləri əməkdaşları ilə saat 21:27-də hadisə yerinə çatmışdır. Polislər gələn kimi hadisə yerinə baxış keçirmədən, şəkillər və hadisənin baş verməsi barədə məlumat və izahatlar almadan onu günahlandıraraq ona inəyini nəzarətsiz buraxdığını bildirmişlər. Halbuki, məktəbin qarşısında surət həddi 40 km saat olmuş, lakin avtomabil yüksək sürətlə idarə olunduğu və yolun sağ hissəsi ilə getməli olduğu halda, getdiyi yolun sol zolağına çıxaraq inəyini vurmuşdur. Göstərilən yol-nəqliyyat hadisəsi Opel Astra markalı, ** UL *** dövlət nömrə nişanlı avtomaşının sahibi Zərərçəkmiş şəxs əks zolağa çıxmaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun bir baş qara rəngli 6 yaşlı, doqquzuncu ayın boğazı olan, orta bazar qiyməti 2500 manat dəyərində olan sağlam inəyi tələf olmuş, ailəsinin dolanışıq yerindən onları məhrum etmişdir. Odur ki, barəsində Biləsuvar rayon Polis Şöbəsinin İXM 338.7-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun, sürücüyə dəymiş ziyan hissəsinin rədd edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində idarə etdiyi “Opel Astra” markalı ** UL *** dövlət nömrə nişanlı avtomobili ilə Biləsuvar rayonu Aşağı-Cürəli kəndi istiqamətində saatda təxminən 40-50 km sürətlə hərəkətdə olan zaman yolun sol kənarından bir iri buynuzlu heyvan gələrək onun idarə etdiyi avtomobilə dəymiş və heyvan sahibi gec gəldiyindən o, məcburiyyət qarşısında qalaraq inəyi kəsmişdir. Hadisə nəticəsində onun idarı etdiyi avtomobilə ziyan dəymişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 338.7-ci maddəsi ilə tövsif olunmuşdur. İXM-in tələbinə görə, məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs həmin inzibati xəta əməli İXM-in 338.7-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir və ona İXM-in 338.7-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(022)-524/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-524/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver