Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-525/2023 18.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ünvanı Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsi ev 33 olan hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, Şəxs MMC (VÖEN **********) tərəfindən 31 iyul 2022-ci il tarixli **********4248 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 497.70 ABŞ dolları məbləğində qalıq vəsaitin müvəkkil bankdakı hesabına köçürülməmişdir. Araşdırma zamanı alınmış məlumata əsasən hüquqi şəxs Şəxs MMC tərəfindən 31 iyul 2022-ci il tarixli **********4248 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 497.70 ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” electron hesabat sistemində öz əksini tapmamışdır. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunan faktla bağlı 26 aprel 2023-cü il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 12000-03828/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də, məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsində təqisiri sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İş materiallarında olan ümumilikdə hazırda qalıq borc 497.70 ABŞ dolları təşkil edir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaların törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin barəsində İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə malların 497.70 (dörd yüz doxsan yeddi ABŞ dolları yetmiş sent) ABŞ dolları dəyərinin əlli faizi məbləğdə inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X1
Məhkəmə qərarları › İş №3(022)-525/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-525/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver