Məhkəmə qərarları › İş №3(022)-526/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-526/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-526/2023 18.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Biləsuvar Rayon Prokurorunun böyük köməkçisi X2 inzibati xətanı törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Biləsuvar şəhəri, S.Vurğun küçəsi ev 103-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 272.3-cü və 590.2-ci maddələri ilə Biləsuvar rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almayaraq, “İJ” markalı P 38607 nömrəli, 16 kalibrli ov tüfəngini əldə etmiş, saxlamış və daşımış və həmçinin həmin ov silahı ilə 09 yanvar 2023-cü il tarixdə bir ədəd ovlanması qadağan edilmiş Turac quşunu ovlamışdır. Buna görə də Şəxs barəsində Biləsuvar rayon prokuroru, baş ədliyyə müşaviri X3 tərəfindən 28 aprel 2023-cü il tarixdə İXM-in 272.3-cü və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Biləsuvar Rayon Prokurorunun böyük köməkçisi X4 bildirmişdir ki, Şəxs “İJ” markalı P 38607 nömrəli, 16 kalibrli ov tüfəngini əldə etmiş, saxlamış və daşımış və 09 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində “Şəhriyar” adlanan çöllük sahədə həmin ov tüfəngi ilə ovlanması qadağan edilmiş bir ədəd Turac quşu ovlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3 və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xətanı törətmiş şəxs Şəxs qərarda göstərilənləri təstiq edərək bildirmişdir ki, 09 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində “Şəhriyar” adlanan çöllük sahədə dostları ilə istifadə etdiyi “İJ” markalı P 38607 nömrəli, 16 kalibrli ov tüfəngi ilə quş ovlamaq üçün getmişdir. Həmin ov tüfəngi ilə bir ədəd Tirac quşunu ovlamışdır. Hazırda əməlindən peşimandır, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 272.3-cü və 590.2-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Şəxs “İJ” markalı P 38607 nömrəli, 16 kalibrli ov tüfəngini müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlamış və daşımışdır. İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxsə verilməsi və ya satılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 272.3cü və 590.2-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 272.3-cü maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını və İXM-in 26.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində “İJ” markalı P 38607 nömrəli, 16 kalibrli ov tüfəngi müsadirə edilməklə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsi ilə “İJ” markalı P 38607 nömrəli, 16 kalibrli ov tüfəngi müsadirə edilməklə, Şəxs barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar