Məhkəmə qərarları › İş №3(022)-526/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-526/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-526/2024 14.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, Hakim köməkçisi Qubadov Xəyal Böyükxan oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, il ərzində inzibati tənbehi olmayan, evli, Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 290.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs məxsus it xx.xx.2024-cü il tarixdə vətəndaş X3 dişləyərək xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində İXM-in 290.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək, həqiqətən də ona məxsus itin X3 dişləyərək xəsarət yetirməsini bildirdi.Ona görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə və zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 290.3-cu maddəsində inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Belə ki, ev heyvanlarının saxlanılması qaydalarının pozulması haqqında Azərbaycan Respublikası İXM-in 290.3-cü maddəsinə əsasən bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 290.3-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İş materiallarında olan «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Biləsuvar RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi X1 23 may 2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işi başlanması rədd edilmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, sağlamlığını və digər halları nəzərə alaraq hesab edirəm ki, Şəxs İXM-in 290.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır və bu inzibati tənbehin məqsədlərini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar