Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-527/2023 17.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X8 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə, X7, xx xxxxxx 1983-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 uşağı olan, heç yerdə işləməyən, Biləsuvar şəhəri X11 küçəsi, ev 8 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Biləsuvar rayon prokrorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: X7 09 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonu Nərimankənd kəndi ərazisində “Şəhriyar” adlanan çöllük sahədə özünə məxsus ”Durmaz” markalı, 1711 nömrəli, 16 kalibri qoşalüləli ov tüfəngi ilə ovlaması qadağan edilmiş bir ədəd turac quşu ovlamışdır. Bununla da X7 Azərbaycan Respublikası İXM-nın 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Biləsuvar rayon prokroru C.F.Bağırov tərəfindən 28 aprel 2023-cü il tarixdə X7 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 inzibati xəta haqqında qərarda göstərilmiş xüsusatları təsdiq edərək və inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, o, 09 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonu Nərimankənd kəndi ərazisində “Şəhriyar” adlanan çöllük sahədə özünə məxsus ”Durmaz” markalı, 1711 nömrəli, 16 kalibri qoşalüləli ov tüfəngi ilə ovlaması qadağan edilmiş bir ədəd turac quşu ovlamışdır. Sonda C.M.Əsgərov əməlindən peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılana şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla C.M.Əsgərovun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İşdə olan Biləsuvar rayon prokrorunun böyük köçməkçisi Həmid Hüseynovun 31 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 09 yanvar 2023-cü il tarixdə X1 ərazisində “Şəhriyar” adlanan çöllük sahədə özünə məxsus ”Durmaz” markalı, 1711 nömrəli, 16 kalibri qoşalüləli ov tüfəngi ilə ovlaması qadağan edilmiş, adı “Qırmızı Kitaba” salınmış, bir ədəd turac quşu ovlamaqla təbiətə ziyan vurmuş və hadisə yerinə baxış keçirilərkən aşkar edilərək götürülmüş 2 ədəd Turac quşunun saxlanması mümkün olmadığı üçün məhv edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, inzibati xəta materaialın obyekti olan ”Durmaz” markalı, 1711 nömrəli, 16 kalibri qoşalüləli ov tüfəngi X5 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulması lazımı icazı olmadan və ya qadağan edilmiş yerdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi, habelə digər ov qaydalarının müntəzəm pozulması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Himayəsində 2 uşağı olmasını və törətdiyi əməldən səmimi peşman olmasını C.M.Əsgərovun məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə C.M.Əsgərovun hərəkətlərində ağırlaşdıran hal müəyyən edilmədi. İşin hallarını, inzibati xətanın xarakterini və C.M.Əsgərovun şəxsiyyətini, onun təqsirlilik dərəcəsini və əmlak vəziyyətini, habelə iş üzrə yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, C.M.Əsgərovun barəsində barəsində inzibati cərimə tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və C.M.Əsgərovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin işin halarını, silahın dövlət qeydiyyatına alınmasını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.3-cü maddəsinin tələblərini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərini təmin etmək üçün inzibati xətanın törədilməsində alət olmuş ov tüfənginin müsadirə edilməsinə zərurət yoxdur və həmin ov tüfəngi X6 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və X7 barəsində 1(bir) il müddətində ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd ”Durmaz” markalı, 1711 nömrəli, 16 kalibri qoşalüləli ov tüfəngi X6 qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri Rəfayil Əliyev
Məhkəmə qərarları › İş №3(022)-527/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-527/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver