Məhkəmə qərarları › İş №3(022)-531/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-531/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-531/2024 05.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon icra və probasiya şöbəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1969-cu Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən 2 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon notariat ofisinin xüsusi notariusunun 03 aprel 2024-cü il tarixli, 8İ- 2588 nömrəli icra qeydinə əsasən Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin borclu Şəxs DCLT00308378-01 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 17.052 manat 53 qəpik, 5.000 manat 65 qəpik məbləğində cərimə (peniya), tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 22.078 manat 18 qəpik tutulmalıdır. Borclu icra qeydində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 05 iyun 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmədə bildirdi ki, Biləsuvar rayon notariat ofisinin xüsusi notariusunun 03 aprel 2024-cü il tarixli, 8İ-2588 nömrəli icra qeydinə əsasən Şəxs cəmi 22.078 manat 18 qəpik məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmin icra qeydi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, icra qeydi üzrə müəyyən edilmiş borcunu ödəməsi Şəxs təklif edilmiş, lakin həmin şəxs Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətindən heç bir kredit almadığını və həmin banka heç bir borcununun olmadığını bildirərək, icra sənədini icra etməkdən imtina edir. Dəfələrlə təklif olunmasına baxmayaraq, Şəxs borcunun heç bir hissəsini tələbkara ödəməmişdir. O, Şəxs maddi və əmlak vəziyyətinin yoxlanılması üzrə bütün tədbirləri həyata keçirsə də, sonuncunun icra qeydi üzrə tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və qazancı müəyyən edilməmişdir. Digər tərəfdən isə tələbkar icra qeydinin tam və birdəfəlik şəkildə icra edilməsini tələb edir. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, əvvəllər tutun məmulatlarının parakəndə satışı ilə məşğul olduğuna görə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmış və elektron imza almışdır. Lakin tutun məmulatlarının parakəndə faktiki satışı ilə o özü deyil, qardaşı məşğul olduğuna görə vergi orqanı ilə yazışmaları da həmin qardaşı həyata keçirmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov onun yanına çağıraraq, onun Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinə təxminən 22 min manat borcu olduğunu demiş və həmin borcun ödənilməsini tələb etmişdir. O, icra məmurundan möhlət alaraq, borcun mənşəyi ilə maraqlanmaq üçün Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin baş ofisinə müraciət etsə də, həmin ofisdə ona xidmət edən, adını bilməyən xanım əməkdaş onun həmin banka borcu barədə sistemdə heç bir məlumat olmadığını bildirmişdir. O, icra qeydini vermiş notariusa da müraciət etsə də, həmin notarius icra qeydinin verilməsinə əsas olmuş sənədləri elektron qaydada aldığını və ona heç bir məlumat verə bilməyəcəyini bildirmişdir. Buna görə də o, icra qeydi üzrə heç bir ödəniş etməmişdir. Bu gün o, təkrarən icra məmurunun qəbulunda olarkən yenə də onun borcu barədə heç bir anlaşıqlı izah verilmədiyinə görə o, hüquqi savadsızlığına görə, ödəniş etməyəcəyini bildirmişdir. Çünki, o, özü şəxsən Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətindən heç vaxt kredit götürməmişdir. Yalnız inzibati xəta haqqında işin məhkəmədə araşdırılması zamanı ona məlum olmuşur ki, naməlum şəxs onun adına olan elektron imzadan istifadə etməklə Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətindən yüksək məbləğdə kredit götürmüş və həmin krediti ödəməmişdir. Ona vaxt verilərsə, onun adından və onun elektron imzasından istifadə etməklə Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətindən yüksək məbləğdə kredit götürmüş şəxsi müəyyən edərək, həmin borcun ödənilməsi üçün tədbirlər görəcəkdir. Onun vergi borcu olduğuna görə Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi ilə ölkdən getmək hüququ məhdudlaşdırıldığına görə o, Azərbaycan Respublikasından çıxa bilməz və buna görə icra sənədini icra etməməyə görə məsuliyyətini tam dərk edir. Sonda, Şəxs icra sənədinin icra edilməsi üçün ona vaxt verilməsini və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 məhkəmədə bildirdi ki, Şəxs öz adına olan elektron imzadan istifadə etməklə Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətindən yüksək məbləğdə kredit götürmüş və həmin kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin müraciəti əsasında Biləsuvar rayon notariat ofisinin xüsusi notariusunun verdiyi 03 aprel 2024-cü il tarixli, 8İ-2588 nömrəli icra qeydinə əsasən Şəxs cəmi 22.078 manat 18 qəpik məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmin icra qeydi icra edilməsi üçün Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, borclu tərəfindən hazırki tarixə qədər heç bir ödəniş edilməmişdir. Buna görə də o, hesab edir ki, Şəxs yalnız onun barəsində effekktiv təsir tədbirləri tətbiq edildiyi təqdirdə, Biləsuvar rayon notariat kontorunun 03 aprel 2024-cü il tarixli, 8İ-2588 nömrəli icra qeydini icra edəcəkdir. Sonda, M.M.Abışov borclu barədə ən ağır növdə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon notariat kontorunun 03 aprel 2024-cü il tarixli, 8İ-2588 nömrəli icra qeydinə əsasən icra məmuru tərəfindən 09 aprel 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, həmin şəxsin inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar