Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-532/2024 07.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində eyni inzibati xəta üzrə barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən 04 iyun 2024-cü il tarixdə saat 20:45 radələrində Biləsuvar rayonu ərazisində Şəxs üzərində 0,685 qram çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 göstərmişdir ki, Biləsuvar RPŞ-nin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Xəzər Səfərlinin 04 iyun 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı əsasında toplanmış materialın icrası ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2001-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri Dədə Qorqud küçəsi mənzil 48, ev 41-də yaşayan Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 04 iyun 2024-cü il tarixdə saat 20:45 radələrində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, X2, X12, X9 və X7 ilə birlikdə sonuncunun idarə etdiyi "Hyundai İX35" markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobildə Ələt-Astara yolunun Biləsuvar rayonunun Əliabad kəndinin ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişlər. Ona görə də tərəfindən Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Araşdırma zərurəti ilə əlaqədar olaraq, şəxsi axtarış zamanı tərəfindən Şəxs bildirilmişdir ki, üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etsin. Şübhəli şəxs Şəxs əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd "Honor" markalı mobil telefonu təqdim etmişdir. Şəxs təqdim etdiyi 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, şöbənin elekton tərəzisində çəkildikdə çəkisinin bükülü ilə birlikdə 0,79 qram olması müəyyən edilmişdir. Şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan bükülü ona aiddir və həmin bükülünü 1 gün əvvəl Gəncə şəhərində yaşadığı ərazidən yerdən tapmış və üzərində saxlamışdır. Daha sonra Şəxs götürülmüş bir ədəd içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan bükülü zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Eyni zamanda X2, X12, X9 və X6 üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq Şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər bitki kütləsinin narkotik vasitə olub olmamasını yoxlamaq məqsədi ilə məhkəmə bioloji ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X3 06 iyun 2024-cü il tarixli 19\473 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində " " adlar və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,685 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi -0,685 qr, tədqiqata sərf olundu- 0,05 qr, qalıq- 0,635 qr. Məhkəmə iclasında Şəxs İXM-in 206-cı maddəsi ilə özünü tam təqsirli hesab edərək əməlindən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı və həbsetmənin əvvəli tutulduğu 06 iyun 2024-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Eyni zamanda hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, Şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,635 qram çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 06 iyun 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, Şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,635 qram çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(022)-532/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-532/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver