Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-536/2025 04.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1965-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İİ dərəcəli əlil, vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyatda olan və yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 20 iyun 2025-ci il tarixdə, saat 19:45-də ünvan 1 ünvansız olaraq, uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmişdir. Bundan başqa, Şəxs 20 iyun 2025-ci il tarixdə, saat 19:45-də ünvan 1 cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 21 iyun 2025-ci il tarixli müvafiq qərarlarla Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda Şəxs ona istinad edilən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş X3 izahatında göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləyir. 20 iyun 2025-ci il tarixdə, saat 19:45-də Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşları Şahid1 və Qələmov X2 rayonu, Nəsimi kəndi ərazisində xidmət olarkən, əvvəllər tanımadıqları Şəxs uca səslə, ünvansız nalayiq ifadələr işlətdiyini görmüş və həmin şəxsə yaxınlaşaraq, onu qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Həmin şəxs isə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaq, polis əməkdaşlarına qarşı tabesizlik edərək, qanunsuz hərəkətlərinə davam etməklə yanaşı, həmin polis işçilərinin üzərinə hücum çəkmiş, daha sonra isə hadisə yerindən qaçıb uzaqlaşmağa cəhd göstərmişdir. Buna görə də polis əməkdaşları həmin şəxsə qarşı fiziki güc tətbiq edərək sonuncunu Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Həmin şəxs Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə gətirildikdən sonra onun Biləsuvar rayonu, Nəsimi kənd sakini Şəxs olduğu məlum olmuşdur. O, araşdırma zamanı Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs barəsində 2024-2025-ci illər ərzində dəfələrlə Azərbaycan Respublikası İXM-nin 510-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilməsinə və 2-ci dərəcəli əlil olduğuna görə barəsində inzibati cərimə tətbiq edilməsinə baxmayaraq, həmin şəxs əməlindən nəticə çıxarmayaraq, inzibati xəta törətməyə davam edir. Buna görə də həmin şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib etmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilməyərək, göstərdi ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və himayəsində 2 övladı var. O, psixi xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlil olduğuna görə aylıq 220 manat məbləğində müavinət alır. Belə ki, onun beyin nahiyəsində cərrahi əməliyyatı aparılmışdır və o, spirtli içkilər qəbul etdikdə, bəzən hərəkətlərini idarə edə bilmir. O, psixi xəstəliyinə görə bəzən səbəbsiz yerə qışqırar və uca səslə nalayiq söyüşlər söyür. O, sonuncu dəfə 20 iyun 2025-ci il tarixdə, saat 19 radələrində Biləsuvar rayonu, Nəsimi kəndində səslə, bir tanışının ünvanına ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq, ondan qanunsuz hərəkətlərinə son qoymasını və onunla birlikdə Biləsuvar rayon polis şöbəsinə getməsini tələb etmişlər. O, isə əsəbi olduğu üçün polis əməkdaşlarından onu buraxmalarını xahiş edərək, əvvəlcə post-patrul avtomobilinə minmək istəməsə də, sonradan könüllü olaraq polis avtomobilinə əyləşərək, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsin gəlmişdir. O, hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyini vəd edir. Sonda, Şəxs hazırda əməlindən səmimi peşman olduğunu bildirdi və ağır maddi həyat şəratini, himayəsində 2 uşağının olmasını və İİ dərəcəli əlil olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsində polis nəfəri vəzifəsində xidmət edir. 20 iyun 2025-ci il tarixdə, saat 19:45 radələrində ünvan 1 polis əməkdaşı Şahid2 ilə birlikdə xidmətdə olarkən, əvvəllər tanımadıqları Şəxs küçədə uca səslə, ünvansız nalayiq ifadələr işlətdiyini və söyüşlər söydüyünü aşkar etmişlər. O və Şahid2 Şəxs yaxınlaşaraq ondan qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Llakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaq onların üzərlərinə hücüm çəkmiş və müqavimət göstərmişdir. Buna görə də onlar həmin şəxsə qarşı fiziki güc tətbiq edərək sonuncunu Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə gətirərək, şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşı Şahid2 Şahid1 izahatı ilə oxşar məzmunlu izahat verərək, Şəxs 20 iyun 2025-ci il tarixdə, saat 19:45-də ünvan 1 ünvansız olaraq, uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdiyini və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını təsdiq etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İş materiallarına əalvə edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının 10 iyul 2025-ci il tarixli, 88 nömrəli rəyindən görünür ki, Şəxs hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Şəxs 2021-ci ildən xroniki gedişli psixi patologiya hesab edilən üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkir. Həmin şəxs ona istinad edilən əməlləri törətdiyi vaxt üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Şəxs əziyyət çəkdiyi xəstəlik ona istinad edilən əməli törədərkən kompensaisya olduğundan, həmin şəxs inzibati xətanı törətdiyi an öz hərəkətlərini ölçüb-biçmək və onları idarı etmək qabiliyyətində olmuşdur. Buna görə də Şəxs törətdiyi əmələ münasibətdə anlaqlı hesab edilir və həmin şəxs cəmiyyət üçün təhlükəli hesab edilmir. Şəxs hal-hazırki psixi vəziyyətinə görə təqsirləndirildiyi inzibati xətaya görə məsuliyyət daşıya bilər. Həmin şəxsin əziyyət çəkdiyi psixi pozuntu kompensasiya vəziyyətində olduğuna görə Şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin son zamanlar psixotrop dərmanlarla bərabər spirtli içkilərdən çox uistifadə etdiyi nəzərə alaraq, Şəxs həkim-narkoloqun nəzarəti altında saxlanılması tövsiyə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasınıvə onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs himayəsində 2 uşağının olmasını, üzvi şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkməsini və İİ dərəcəli əlil olmasını şəxsiyyətini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş materiallarında olan Biləsuvar rayon polis şöbəsinin 29 avqust 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs barəsində tərtib edilmiş 29 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxsun Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan əsas inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə həmin Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs İİ dərəcəli əlildir və əlilliyinə görə 220 manat məbləğində pensiya alır. İşin hallarını və Şəxs şəxsiyyətini, İİ dərəcəli əlil olmasını, habelə Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsini tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati həbs tətbiq oluna bilməz və həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 34, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-536/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-536/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver