Məhkəmə qərarları › İş №3(022)-538/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-538/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-538/2025 04.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1986-ci il tarixdə Naxçıvan MR Ordubad rayonu, Vənənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Vənənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: xx.xx.2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına “Kamaz 53212” markalı, 69BD791 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs (Pasport № C05538513, verilmə tarixi xx.xx.2025-ci il, Azərbaycan Respublikası) idarə etdiyi nəqliyyat vasitəsi gömrük nəzarətindən keçən zaman onunla şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetlərin olub- olmaması soruşulmuşdur. O, isə öz növbəsində idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Yoxlama zamanı avtomobilin yük yerində olan yüklərin 033539 saylı CMR-də qeyd olunan yüklərlə eyniləşdirilməsi aparılmışdır. Eyniləşdirmə zamanı “Kamaz 53212” markalı, 69BD791 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində olan 033539 saylı CMRdə qeyd edilmiş mallardan əlavə gömrük nəzarətinə bəyan edilməyən 80 kq “pomidor toxumu”, 37 kq “bal”, 140.8 kq “əridilmiş kərə yağı”, 160 kq “kərə yağı”, 48 kq “pendir”, hər biri 20 kq olmaqla 25 kisə- ümumilikdə 500 kq “püstə”, hər biri 20 kq olmaqla 24 kisəümumilikdə 480 kq “ovulmuş püstə”, 21 ədəd üzərində “Xyla-P” yazısı olan “maz”, 480 qutu üzərində fars dilində yazısı olan tük tökülməsi üçün istifadə olunan vasitə aşkar edilmişdir. Yoxlama qurtardıqdan sonra “Kamaz 53212” markalı, 69BD791dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindən aşkar olunan gömrük nəzarətinə bəyan edilməyən 80 kq “pomidor toxumu”, 37 kq “bal”, 140.8 kq “əridilmiş kərə yağı”, 160 kq “kərə yağı”, 48 kq “pendir”, hər biri 20 kq olmaqla 25 kisə- ümumilikdə 500 kq “püstə”, hər biri 20 kq olmaqla 24 kisə -ümumilikdə 480 kq “ovulmuş püstə”, 21 ədəd üzərində “Xyla-P” yazısı olan “maz”, 480 qutu üzərində fars dilində yazısı olan tük tökülməsi üçün istifadə olunan vasitə protokol əsasında götürülmüşdür.Bu əməli ilə Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərtib etdiyi 13 iyun 2025-ci il tarixli № 01200-00353/25 EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına “Kamaz 53212” markalı, 69BD791 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs (Pasport № C05538513, verilmə tarixi xx.xx.2025-ci il, Azərbaycan Respublikası) idarə etdiyi nəqliyyat vasitəsi gömrük nəzarətindən keçən zaman onunla şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetlərin olub-olmaması soruşulmuşdur. O, isə öz növbəsində idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Yoxlama zamanı avtomobilin yük yerində olan yüklərin 033539 saylı CMR-də qeyd olunan yüklərlə eyniləşdirilməsi aparılmışdır. Eyniləşdirmə zamanı “Kamaz 53212” markalı, 69BD791 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində olan 033539 saylı CMR-də qeyd edilmiş mallardan əlavə gömrük nəzarətinə bəyan edilməyən 80 kq “pomidor toxumu”, 37 kq “bal", 140.8 kq “əridilmiş kərə yağı”, 160 kq “kərə yağı”, 48 kq “pendir”, hər biri 20 kq olmaqla 25 kisə ümumilikdə 500 kq “püstə”, hər biri 20 kq olmaqla 24 kisə ümumilikdə 480 kq “ovulmuş püstə”, 21 ədəd üzərində “Xyla-P” yazısı olan "maz”, 480 qutu üzərində fars dilində yazısı olan tük tökülməsi üçün istifadə olunan vasitə aşkar edilmişdir. Yoxlama qurtardıqdan sonra “Kamaz 53212” markalı, 69BD791 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindən aşkar olunan gömrük nəzarətinə bəyan edilməyən 80 kq “pomidor toxumu”, 37 kq “bal”, 140.8 kq “əridilmiş kərə yağı”, 160 kq “kərə yağı”, 48 kq “pendir”, hər biri 20 kq olmaqla 25 kisə ümumilikdə 500 kq “püstə”, hər biri 20 kq olmaqla 24 kisə ümumilikdə 480 kq “ovulmuş püstə”, 21 ədəd üzərində “Xyla-P” yazısı olan “maz”, 480 qutu üzərində fars dilində yazısı olan tük tökülməsi üçün istifadə olunan vasitə protokol əsasında götürülmüşdür. Qeyd olunan faktla bağlı 29 mart 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində 3-33-1500/012/000752 nömrəli araşdırma başlanılmışdır. İş materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2025-ci il tarixli 6/1344 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd sintetik parşa torbada üzərilərində “X6 remover powder Calcium car-bonate, Calcium hydroxyde, Calcium thioclycate, aloe vera extract” qeydləri olan ümumi sayı 480 ədəd qutuda tozşəkilli maddələrin və üzərində “Xyla-P Lidocaine/Prilocaine 30 q” göstəricisi olan 21 ədəd qutuda 21 ədəd tubdakı məlhəmin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədiyi, təqdim edilmiş maddələrin istifadəyə yararlı olması barədə qoyulmuş sual materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid olmadığı üçün cavablandırılmadığı göstərilmişdir. Zəruriyyət yarandığından 16 may 2025-ci il tarixdə mütəxəssisin təyin edilməsi haqqında qərar qəbul edilmiş və rəy verilməsi üçün 3-33-1500/2-000547/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasına “Azərekspertiza” Birliyinə göndərilmişdir. Biləsuvar Gömrük İdarəsinə 23 may 2025-ci il tarixində daxil olmuş Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin 18 (B) №-li, xx.xx.2025-ci il tarixli rəyinə əsasən 80 kq “pomidor toxumu”nun (500 qr) faktiki bazar qiyməti 1 kq-nın faktiki bazar qiyməti 200,00 (iki yüz) manat olmaqla, ümumillikdə 16000,00 (on altı min) manat, hər biri 20 kq olmaqla 25 kisə ümumilikdə 500 kq “püstə”nin faktiki bazar qiyməti 1 kq-nın faktiki bazar qiyməti 18,00 (on səkkiz) manat olmaqla, ümumillikdə 9000,00 (doqquz min) manat, hər biri 20 kq olmaqla 24 kisə ümumilikdə 480 kq “ovulmuş püstə”nin 1 kq-nın faktiki bazar qiyməti 16 (on altı) manat olmaqla, ümumillikdə 7680,00 (yeddi min altı yüz səksən) manat, 37 kq “bal”ın 1 kq-nın faktiki bazar qiyməti 18,00 (on səkkiz) manat olmaqla, ümumillikdə 666,00 (altı yüz altmış altı) manat, 140.8 kq “əridilmiş kərə yağı”nın 1 kq-nın faktiki bazar qiyməti 22,00 (iyirmi iki) manat olmaqla, ümumillikdə 3097,60 (üç min doxsan yeddi manat altmış qəpik) manat, 160 kq “kərə yağı”nın 1 kq-nın faktiki bazar qiymətinin 15,00 (on beş) manat olmaqla, ümumillikdə 2400,00 (iki min dörd yüz) manat, 48 kq “pendir”in (Təbriz pendiri) 1 kq-nın faktiki bazar qiyməti 12,00 (on iki) manat olmaqla, ümumillikdə 576,00 (beş yüz yetmiş altı) manat, 21 ədəd üzərində “Xyla-P” yazısı olan “maz”ın (krem) 1 ədədinin faktiki bazar qiyməti 5,00 (beş) manat olmaqla, ümumillikdə 105,00 (yüz beş) manat, 480 qutu üzərində fars dilində yazısı olan tük tökülməsi üçün istifadə olunan vasitənin (toz vasitə) 1 qutusunun 6,00 (altı) manat olmaqla, ümumillikdə 2880,00 (iki min səkkiz yüz səksən) manat olmaqla, ümumillikdə ekspertizaya təqdim edilmiş 80 kq “pomidor toxumu”nun, 37 kq “bal”ın, 140.8 kq “əridilmiş kərə yağı”nın 160 kq “kərə yağı”nın, 48 kq “pendir”in, hər biri 20 kq olmaqla 25 kisə ümumilikdə 500 kq “püstə”nin, hər biri 20 kq olmaqla 24 kisə ümumilikdə 480 kq “ovulmuş püstə”nin, 21 ədəd üzərində “Xyla-P” yazısı olan “maz”ın, 480 qutu üzərində fars dilində yazısı olan tük tökülməsi üçün istifadə olunan vasitənin faktiki bazar qiyməti 42404,60 (qırx iki min dörd yüz dörd manat altmış qəpik) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş maddi sübutun təhvil verilməsi barədə 29 mart 2025ci il tarixli Aktdan görünür ki, 80 kq “pomidor toxumu”, 37 kq “bal", 140.8 kq “əridilmiş kərə yağı”, 160 kq “kərə yağı”, 48 kq “pendir”, hər biri 20 kq olmaqla 25 kisə ümumilikdə 500 kq “püstə”, hər biri 20 kq olmaqla 24 kisə ümumilikdə 480 kq “ovulmuş püstə”, 21 ədəd üzərində “Xyla-P” yazısı olan "maz”, 480 qutu üzərində fars dilində yazısı olan tük tökülməsi üçün istifadə olunan vasitə Biləsuvar Gömrük idarəsinin əməliyyat və təhqiqat şöbəsinə təhvil verilmişdir. Qeyd olunan faktla bağlı Şəxs barəsində Biləsuvar Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən 13 iyun 2025ci il tarixdə İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnizibati materialı tərtib etmiş şəxsə və inzibati xətanı törətmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxsnın hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş və Biləsuvar Gömrük idarəsinin əməliyyat və təhqiqat şöbəsinə təhvil verilmiş 80 kq “pomidor toxumu”, 37 kq “bal", 140.8 kq “əridilmiş kərə yağı”, 160 kq “kərə yağı”, 48 kq “pendir”, hər biri 20 kq olmaqla 25 kisə ümumilikdə 500 kq “püstə”, hər biri 20 kq olmaqla 24 kisə ümumilikdə 480 kq “ovulmuş püstə”, 21 ədəd üzərində “Xyla-P” yazısı olan "maz”, 480 qutu üzərində fars dilində yazısı olan tük tökülməsi üçün istifadə olunan vasitə müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar