Məhkəmə qərarları › İş №3(022)-540/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-540/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-540/2023 16.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon polis şöbəsi tərəfindən daxil olmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon polis şöbəsi tərəfindən daxil olmuş 11 noyabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Şəxs Sotan oğlu İXM-in 339.1-1-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün 200 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin sənədlər məhkəmənin icraatına qəbul edilmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon polis şöbəsinə qaytarılmalıdır. Belə ki, İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İXM-in 127-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Habelə, İXM-in 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyət yaradır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, daxil olmuş sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından X3 barəsində daxil olmuş sənədlər Masallı rayon polis şöbəsinə geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və İXM-in 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub QƏRARA ALDİM: Şəxs Sotan oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon polis şöbəsi tərəfindən daxil olmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar