Məhkəmə qərarları › İş №3(022)-541/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-541/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-541/2024 21.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxx 1972-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 20 iyun 2024-cü il tarixdə, saat 17:45 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində digər şəxslərlə mübahisə edərək, həmin şəxslərin ünvanına uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmişdir. Bundan başqa, Şəxs 20 iyun 2024-cü il tarixdə, saat 17:45 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 21 iyun 2024-cü il tarixli müvafiq qərarlarla Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda həmin şəxs ona istinad edilən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş X11 izahatında göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləyir. 20 iyun 2024-cü il tarixdə, saat 17:45 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşları X2 və X1 rayonu, Xırmandalı kəndi ərazisində xidmət olarkən, əvvəllər tanımadıqları Şəxs uca səslə nalayiq ifadələr işlədərək, digər vətəndaşlarla mübahisə etdiyini görüb, həmin şəxsə yaxınlaşaraq onu qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Həmin şəxs isə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaq, polis əməkdaşlarına qarşı tabesizlik edərək, qanunsuz hərəkətlərinə davam etməklə yanaşı, həmin polis işçilərinin üzərinə hücum çəkmiş, daha sonra isə hadisə yerindən qaçıb uzaqlaşmağa cəhd göstərmişdir. Buna görə də polis əməkdaşları həmin şəxsi məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Həmin şəxs Biləsuvar rayon polis şöbəsinə gətirildikdən sonra onun Biləsuvar rayonu, Xırmandalı kənd sakini, xx xxxxxxx 1972-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. O, araşdırma zamanı Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünün və ailəsinin maddi vəziyyəti ağır olduğuna görə əsəbidir. O, 20 iyun 2024-cü il tarixdə, saat 17:40-da Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Rüfət” şadlıq evinin yaxınlığında, tanış bir traktorçu ilə əkin sahəsindən ot kiplərinin yığılması ilə əlaqədar sövdələşmək istəyərkən, əsəbi olduğuna görə ucadan həmin şəxslə mübahisə etməyə başlamışdır. Bu zaman, yaxınlıqdakı mağazaya gedən 2 nəfər tanımadığı şəxs onun həmin traktorçu ilə mübahisəsinə müdaxilə edərək, onun uca səslə danışmasına görə ona irad bildirmişlər. Buna görə də o, daha da əsəbləşərək, həmin 2 nəfər şəxslə də mübahisəyə başlamış və onlar arasındakı mübahisə qısa müddətdə münaqişəyə çevrilmək üzrə ikən 2 nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Mübahisə zamanı o, əsəbləşərək ucadan söyüşlər söydüyünə görə polis əməkdaşları ondan qanunsuz hərəkətlərinə son qoymasını və onunla birlikdə Biləsuvar rayon polis şöbəsinə getməsini tələb etmişlər. O, isə əsəbi olduğu üçün polis əməkdaşlarından onu buraxmalarını xahiş edərək, əvvəlcə post-patrul avtomobilinə minmək istəməsə də, sonradan könüllü olaraq polis avtomobilinə əyləşərək Biləsuvar rayon polis şöbəsinə gəlmişdir. O, hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyini vəd edir. O, inzibati qaydada tutulduğu üçün gecə Biləsuvar rayon polis şöbəsində saxlanıldığı zaman öz əməlini analiz etmiş və polis əməkdaşlarının həmin mübahisəyə müdaxilə etməsinə görə onlara qarşı öz içində təşəkkür etmişdir. Çünki, hadisə vaxtı çox əsəbi olduğuna görə, o, hərəkətlərinə idarə etməkdə çətinlik çəkirdi və polisin müdaxiləsi olmasaydı, hətta cinayət hadisəsinə yol verə biləcəyini istisna etmir. Sonda, Şəxs hazırda əməlindən səmimi peşman olduğunu bildirdi və ağır maddi həyat şəratini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Post-patrul xidmətinin polis serjantı vəzifəsində işləyir. 20 iyun 2024-cü il tarixdə, saat 17 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində polis əməkdaşı X6 ilə xidmət olarkən, Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Rüfət” şadlıq evinin yaxınlığında xeyli insanın toplaşdığını və əvvəllər tanımadıqları Şəxs uca səslə nalayiq ifadələr işlədərək, bir neçə nəfərlə übahisə və münaqişə etdiyini aşkar etmişlər. Həmin vaxt onlar hadisə yerinə toplaşmış şəxslərin Şəxs sakitləşdirməyə və saxlamağa çalışdıqlarını, həmin şəxsin isə ucadan söyüş söyməklə insanların üzərinə hücum etdiyini görüb, Şəxs yaxınlaşaraq ondan qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Şəxs isə onların qanuni tələblərinə məhəl qoymayaq onlar barədə də söyüşlər söyərək üzərlərinə hücüm çəkmiş və müqavimət göstərmişdir. Buna görə də onlar həmin şəxsi məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirmişlər və şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X6 şahid X4 izahatı ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan əsas inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbsin əvvəli həmin şəxsin inzibati qaydada tutulduğu vaxtdan, yəni 20 iyun 2023-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar