Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-541/2025 24.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında qərar qərar qəbul etmiş Biləsuvar rayon prokurorluğunun nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1977-ci ildə Biləsuvar rayonu Dəvrişli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu Dəvrişli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar rayonu Dəvrişli kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Biləsuvar rayonu Dəvrişli kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısında qudası X4 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifət nahiyəsinə yumruqla vurmuş və burun nahiyəsində qançır olmaqla dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş Biləsuvar rayon prokurorluğunun nümayəndəsi X5 izahatında göstərmişdir ki, Biləsuvar rayonu Dəvrişli kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Biləsuvar rayonu Dəvrişli kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısında qudası X4 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifət nahiyəsinə yumruqla vurmuş və burun nahiyəsində qançır olmaqla dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətası törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 13 radələrində evdə olan zaman qudası Zakir ünvanına gələrək qızı Aytəkini ziyarətgaha aparacağını bildirmişdir. O isə buna etiraz etmişdir. Zakir isə qızı Aytəkini aparacağını deyib qızını idarə etdiyi avtomobilə əyləşdirmişdir. Bu zaman Səyyar onun idarə etdiyi avtomobilin qapısını açaraq əli ilə Zakirin sifətindən itələmişdir. Zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qızı Aytəkinin yaşadığı ünvana gedərək onu ziyarətgaha aparmaq üçün avtomobilə dəvət etmişdir. Bu zaman qayınatası Səyyar adlı şəxs Aytəkinin getməsinə etiraz etmiş və Zakirin əyləşdiyi avtomobilin qapısını açaraq yumruqla onun burun nahiyəsinə vurmuşdur. İş materiallarına əlavə edilmiş 09 iyun 2025-ci il tarixli 183 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin rəyindən görünür ki, X2 burun nahiyyəsində qançur müəyyən olunmuşdur. Müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir. Ona görə də ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(022)-541/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-541/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver