Məhkəmə qərarları › İş №3(022)-542/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-542/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-542/2023 13.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X4 oğlunun katibliyi ilə, Biləsuvar rayonu, M.İbrahimov küçəsi ev 108Vdə yerləşən "Pərvin 1983” məhdud məsuliyyətli cəmiyyəti, (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankın hüquq departamentindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Mərkəzi Bankın hüquq departamentinin direktoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş 02 may 2023-cü il tarixl inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11.138 ABŞ dolları məbləğində vəsaiti 23 aprel 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsədə, 11.138 ABŞ dolları məbləğində vəsait hüesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokola Biləsuvar rayon Məhkəməsi tərəfindən baxılmış və Biləsuvar rayon Biləsuvar Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 3(022)-542/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 11.138 ABŞ dolları məbləğində valyuta vəsaitinin 20 faizi məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs həmin qərardan apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 3(106)-292/2023 saylı qərarı ilə Biləsuvar Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 3(022)-542/2023 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Biləsuvar rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın hüquq departamentinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 məhkəməyə ünvanladığı 13 sentyabr 2023-cü il tarix ərizə ilə məhkəməyə müraciət edərək, hazıkı iş üzrə heç bir təqsirinin olmadığını bildirmiş və inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmadığına və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 17 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Şəxs ilə “BRF Perdix SA” şirkəti arasında malların alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Rabitəbank” açıq səhmdar cəmiyyətinin xarici valyuta ilə nağdsız əməliyyat aparılması üçün ödəniş tapşırığından görünür ki, Şəxs “BRF Perdix SA” şirkətinin “İBAN no: 112180509” saylı hesab nömrəsinə 11.138 ABŞ dolları məbləğində vəsait köçürmüşdür. İnzibati xəta haqqında iş materiallarında olan 02 may 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protkoldan görünür ki, Şəxs 11.138 ABŞ dolları məbləğində vəsaiti 23 aprel 2021-ci il tarixdə xaricə köçürdüyünə və 2 il müddət keçsədə, 11.138 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyinə, valyuta vəsaitini geri qaytarmadığına görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Şəxs nümayəndəsinin Biləsuvar Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 3(022)-542/2023 saylı qərarından verdiyi apellyasiya şikayətdən görünür ki, Şəxs ilə “BRF Perdix SA” şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı, yəni “BRF Perdix SA” şirkəti onun sifarişinə əsasən onlara mal satmağı öhdəsinə götürmüşdür. Buna görə də , Şəxs “BRF Perdix SA” şirkətinin bank hesabına 11.138 ABŞ dolları məbləğində valyuta vəsaiti köçürmüşdür. Lakin satıcı şirkət müqavilə üzrə öhdəliklərinin icra etməyərək, nə malları göndərmiş, nə də köçürülmüş pul vəsaitini geri qaytarmışdır. Buna görə də o, məcburyət qarşısında qalaraq, Braziliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciət etmişdir. Lakin onun səyləri nəticəsiz qalmışdır. Bundan sonra o, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə eyni məzmunda müraciət etmiş, lakin təkrarən ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 3(022)-542/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Lakin Şəxs hadisə ilə bağlı heç bir təqsiri olmamışdır. Sonda, P.V.Bayramov Biləsuvar Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 3(022)-542/2023 saylı qərarının ləğv edilməsini və Pərvin 1983” məhdud məsuliyyətli cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaiti müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Qərarın tələbinə uyğun olaraq məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum qərarına əsasən müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.0.2 və 53.0.6-cı maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda və ya həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarına inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilməsi zamanı, habelə işin məhkəmədə icraatı zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirini təsdiq edə biləcək heç bir əsaslı sübut müəyyən edilməmişdir. Əksinə işin hallarından görünür ki, Şəxs beynəlxalq dələduzluğun qurbanı olmuş və maddi ziyana məruz qalmışdır. İnzibati xəta haqqında iş materiallarında olan, eyni xarakterli inzibati xəta haqqında işə dair Şirvan Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 3(106)-292/2023 saylı qərarından görünür ki, Şəxs Biləsuvar Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 3(022)-653/2023 saylı qərarından verdiyi şikayət təmin edilərək, Biləsuvar Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 3(022)-542/2023 saylı qərarı ləğv edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Qərarın tələbinə uyğun olaraq məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığına və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: "Pərvin 1983” məhdud məsuliyyətli cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədr Rəfayil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar