Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-542/2025 25.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X5 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Biləsuvar rayon prokurorunun köməkçisi X2, zərərçəkmiş şəxs – X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun vəkili X3 iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 02 iyun 2025-ci il tarixdə saat 01:30 radələrində Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən fərdi yaşayış evində mübahisə zamanı keçmiş arvadı X8 hücum edərək qapıya çırpmış və ona başın təpə nahiyəsində qançır və sağ əlin arxa səthində kəsilmiş səthi yara olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Biləsuvar Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində qəbul olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar toplanmış materiallarla birlikdə baxılmaq üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi Biləsuvar rayon prokurorunun köməkçisi X9 göstərdi ki, Şəxs 02 iyun 2025-ci il tarixdə saat 01:30 radələrində Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən fərdi yaşayış evində mübahisə zamanı keçmiş arvadı X8 hücum edərək qapıya çırpmış və ona başın təpə nahiyəsində qançır və sağ əlin arxa səthində kəsilmiş səthi yara olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir . Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, qarşı tərəfə heç bir xəsarət yetirməmişdir və X12 yalan danışır. Əksinə o evə gələn zaman evin mətbəxinin qapısını daima bağlı saxladığına görə ona irad bildirmişdir. Başqa heç bir xəsarət yetirməmişdir deyə Şəxs bildirmişdir. Bütün bunları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs, X12 izahatında göstərdi ki, o əkin sahəsində çiyələk yığımında günəmuzd işləyir. İşdən günorta vaxtlarında evə gəlmişdir. Axşam onun keçmiş əri Şəxs evə içkili vəziyyətdə gəlmişdir. Bu zaman o, mətbəxdə uşaqlarına yemək verirmiş. Aralarında mübahisə yaranmış, sonra Şəxs onun saçlarından tutmuş yerdə sürümüşdür. Bildirmişdir k, ayağa qalxan zaman Möhlət onu itələmiş bu da qapıya çırpılan zaman qapının üstündə olan şüşə qırılmış bunun əlini kəsmişdir. Sonda G.Ə.Dadaşova Şəxs ondan uzalqaşdırılması və onun, eləcə də uşaqlarının yaşadığı evə daxil ola bilməməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs vəkili X10 izahatında bildirmişdir ki, tərəflər arasında daima mübahisələr olmuşdur, onların arasında nikah qeydi pozulsa da, faktiki olaraq bir yerdə yaşayırlar. Cavabdeh ona da bildirmişdir ki, keçmiş arvadı X8 qarşı heç bir zorakılıq etməmişdir. Sonda vəkil X1 Möhlət Fərhad oğlunun dənizdə işləməsini, bir ay iş yerində digər bir ay isə Biləsuvarda yaşamasını, yeganə gəlir mənbəyinin onun iş yeri olmasını, həmin iş yerindən aldığı əmək haqqı ilə övladlarının alimentini ödəməsini nəzərə alaraq barəsində inzibati həbslə əlaqədar olmaya yekun məhkəmə qərarının çıxarılamısını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməsi və qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi qərara alınmışdır. Biləsuvar rayon prokurorluğunun Biləsuvar Rayon Polis şöbəsinə göndərdiyi 24 iyun 2025-ci il tarixli, 03İ-25 saylı məktubundan görünür ki, 24 iyun 2025-ci il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayan Şəxs barəsində Azərbayc Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar qəbul edilərək toplanmış materialla birlikdə aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “Hadisə yerinə baxış keçirilməsi” barədə 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisənin Biləsuvar rayonu, Ağalıkənd kəndində Dadaşova Günayın övladları və keçmiş əri Şəxslə birlikdə yaşadıqları evin içərisində olması müəyyən olunmuş, bu zaman evin daxilində və ya çölündə müşahidə kameraları müəyyən olunmamış, baxış zamanı şüşəsi qırılmış qapının foto şəkilləri çəkilərək toplanmış materiala əlavə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X15 Cəlilabad rayon şöbəsinin 02 iyun 2025-ci il tarixli, 172 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X7 başın təpə nahiyəsində qançır və sağ əlin arxa səthində kəsilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlərdən başın təpə nahiyəsindəki qançır bərk küt əşyanın, sağ əlin arxa səthindəki kəsilmiş yara isə kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati-Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs cavanlığını, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını ona görə məqsədəmüvafiq hesab etmir ki, məhkəmə icraatı zamanı onun tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün alimentin ödənilməsi öhdəliyinin işləməsi səbəbindən vaxtında yerinə yetirildiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, əməlində ağırlaşdırıcı hal olmayan şəxsin inzibati qaydada həbs olunması, onun bu müddət ərzində işləməməsi səbəbindən övladları üçün icra etməli olduğu aliment öhdəliyinin yerinə yetirilməsini mümkünsüz edərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin pozulması ilə nəticələnəcəkdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-542/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-542/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver