Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-543/2024 22.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X6 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X2 Rahim Arif oğlunun barəsində daxil olmuş məlumatın araşdırlıması məqsədi ilə xx.xx.2024-cü il tarixdə icraatda olan 6096 nömrəli materialın icrası ilə əlaqədar Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri İlqar Babayevlə Şəxs yaşadığı Biləsuvar rayonu Zəhmətabad kəndində olduqları və onu daxil olmuş materialla tanış etdikləri zaman Şəxs ucadan ünvansız nalayiq söyüş söyərək ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X9 göstərmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri X7 rayon sakini Şəxs barəsində daxil olmuş məlumatların araşdırılması ilə bağlı xx.xx.2024-cü il tarixdə icraatında olan 6096 nömrəli materialın icrası ilə əlaqədar Şəxs yaşadığı Biləsuvar rayon Zəhmətabad kəndində gedərək onu daxil olmuş materialla tanış edib hüquq və vəzifələrini izah etmişdir. Daha sonra daxil olmuş materialla əlaqədar izahat verməli olduğunu bildirmişdir. Rahib Teymurov izahat verən zaman onunla mübahisə etməyə başlamış və onların ünvanına nalayiq ifadələr işlədərək açıqca hörmətsizlik etmişdir. Bu zaman onlar Şəxs sakitləşdirməyə, qanunsuz əməllərinə son qoymağı təklif edərək sonuncunu nizam intizama dəvət etmişlər. Lakin Şəxs onun əlindəki materialları alaraq yerə tullamış, polisin qanuni təlablərinə qəsdən tabe olmamışdır. Beləliklə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X1 Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri İlqar Babayevlə onun yaşadığı Biləsuvar rayonu Zəhmətabad kəndinə gələrək barəsində daxil olmuş materialla tanış edilmiş və hüquq və vəzifələri ona izah edilmişdir. Daha sonra daxil olmuş materialla əlaqədar izahat verməli olduğu ona bildirilmişdir. Ona görə də polis əməkdaşları onu Biləsuvar Rayon PŞ-nə dəvət etmişlər. Lakin o polis əməkdaşının qanuni tələbinə əməl etməkdən imtina etmişdir. Daha sonra ondan izahat verməsini tələb etdikdə polis əməkdaşları ilə mübahisə etməyə başlamış, mübahisə zamanı polis əməkdaşının əlində olan qovluğu yerə düşmüşdür. Bundan sonra o, oradan qaçaraq uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları onu tutaraq Biləsuvar rayon PŞ-nə gətirilmişlər. Hazırda ona elan olunmuş inzibati xətanı qəbul edir, polisin qanuni tələbinə əməl etməməsinə görə özünü təqsirli bilir, əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş edir. İşdə olan 22 iyun 2024-cü il tarixli AZA N 008390 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 22 iyun 2024-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuş və həmin gün də azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, toplanmış sübutlarla Şəxs inzibati xəta əməlini törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir, ona görə də Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 22 iyun 2024-cü il tarixdən saat 18:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(022)-543/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-543/2024
22.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver