Məhkəmə qərarları › İş №3(022)-545/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-545/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-545/2024 24.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) X1 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(022)- 691/2023 saylı qərarı ilə inzibati tənbeh verilmiş, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-715/2019 saylı 16 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 17.800 (on yüddi min səkkiz yüz) ABŞ dolları və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 24 iyun 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-715/2019 saylı 16 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 17.800 (on yeddi min səkkiz yüz) ABŞ dolları ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs Zərərçəkmiş şəxs olan borcundan hazırkı vaxta kimi 7276 (yeddi min iki yüz yetmiş altı) ABŞ dolları ödəmişdir. Hazırda Şəxs borcu 10524 (on min beş yüz iyirmi dörd) ABŞ dolları təşkil edir. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-715/2019 saylı 16 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən 17.800 (on yeddi min səkkiz yüz) ABŞ dolları və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Zərərçəkmiş şəxs olan borcundan 7276 (yeddi min iki yüz yetmiş altı) ABŞ dolları ödəmişdir. Hazırda tələbkar Zərərçəkmiş şəxs qalan borcu 10524 (on min beş yüz iyirmi dörd) ABŞ dolları təşkil edir. İcra sənədi üzrə borcundan işləmədiyi üçün ödənişlər edə bilmir. Buna baxmayaraq tələbkara olan qalan borcunu mütəmadi olaraq ödənişlər etməklə qısa müddət ərzində ödəyəcəkdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-715/2019 saylı 16 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 17.800 (on yeddi min səkkiz yüz) ABŞ dolları və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarına əsasən icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 gün müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, Şəxs icra sənədinin icrasının təmini istiqamətində ötən müddət ərzində ödənişlər etməsini nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar