Məhkəmə qərarları › İş №3(022)-546/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-546/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-546/2023 18.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin DYPB -nin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Həzrətqulu oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1990-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan Şəxs Həzrətqulu oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Həzrətqulu oğlu 14 may 2023-cü il tarixdə saat 14:20 radələrində Biləsuvar rayonu Dərvişli kənd yolunda özünə məxsus Ford Transit yuk markalı ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək, qarşıda hərəkətdə olan Mercedes markalı ** KA *** dövlət nömrə nişanlı avtomobil ilə arxadan toqquşmuş və nəticədə zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Buna görə də Şəxs Həzrətqulu oğlu barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin DYPB -nin polis kapitanı X3 göstərdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin DYPB-də çalışır. Şəxs Həzrətqulu oğlu 14 may 2023-cü il tarixdə saat 14:20 radələrində Biləsuvar rayonu Dərvişli kəndində özünə məxsus Ford Transit yuk markalı ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək, qarşıda hərəkətdə olan Mercedes markalı ** KA *** dövlət nömrə nişanlı avtomobillə arxadan toqquşmuş və nəticədə zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Şəxs Həzrətqulu oğlu inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, törətdiyi əməldən səmimi peşman olduğunu, bir daha qanun pozuntusuna və ictimai qaydanın pozulmasına səbəb olan əməllərə yol verməyəcəyini bildirdi. Odur ki, barəsində yungül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, “BC” kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. “X7” markalı ** KO *** dövlət nömrə nişanlı avtomaşını idarə etmişdir. 14 may 2023-cü il tarixdə saat 14:20 radələrində idarə etdiyi “X7” markalı ** KO *** dövlət nömrə nişanlı avtomobillə Biləsuvar rayon Dərvişli kənd ərazisindən Biləsuvar rayonu istiqamətində hərəkətdə olan zaman Dərvişli kənd yolundan baş yola çıxmaq istəyən ağ rəngli Ford Transit yuk markalı ** CL *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının gəlməsini görmüşdür. O, zənn etmişdir ki, həmin avtomaşın baş yola çıxmayacaq və onun keçməsini gözləyəcəkdir. Həmin avtomaşın gəldiyi sürətlə yola çıxaraq, onun hərəkətdə olduğu yol zolağına çıxmışdır. Onun idarə etdiyi avtomaşın da həmin avtomaşınla toqquşmuş və nəticədə, ona ziyan dəymiş və hazırkı vaxta kimi həmin ziyan ödənilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Həzrətqulu oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 332.4cü maddəsi ilə tövsif olunmuşdur. İşdə olan 14 may 2023-cü il tarixli 425 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxs Həzrətqulu oğlunda hadisə baş verən zaman sərxoşluğun olması müəyyən edilməmişdir. İşdə olan "xxxx" ASC avtotəmir müəssisəsinin 17 may 2023-cü il tarixli Ziyan Aktına əsasən Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz ” minik markall **-KO-*** dövlət nömrə nişanlı avtomobilə cəmi 1300 (min üç yüz) manat dəyərində maddi zərər dəymişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs Həzrətqulu oğlunun şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs Həzrətqulu oğlunun əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs Həzrətqulu oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs Həzrətqulu oğlunun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Həzrətqulu oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona İXM-in 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Həzrətqulu oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 18 may 2023-ci il tarixdən saat 12:50-dan hesablansın. Şəxs Həzrətqulu oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar