Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-547/2023 18.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1984-cü ildə Yardımlı rayonu Allar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 3 uşağı olan, heç bir yerdə işləməyən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluğa görə təqaüd alan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, H.Aslanov küçəsi, 85 saylı evdə qeydiyyatda olan, Biləsuvar şəhəri, Təyyarə Meydanı yaşayış massivində yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(022)-241/2022 saylı icra sənədinə əsasən Şəxs 11 iyun 2008-ci il təvəllüdlü X3 və 29 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment alınıb Alməmmədova (Nuriyeva) Günay Azad qızına verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 18 may 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(022)-241/2022 saylı icra sənədinə əsasən Şəxs ilə Alməmmədova (Nuriyeva) Günay Azad qızının birgə nikahından doğulmuş 3 uşaqdan 2 uşağın Alməmmədova (Nuriyeva) Günay Azad qızının, bir uşağın isə Şəxs yanında qalması, həmin uşaqların saxlanması üçün hər ay hər uşağa görə 120 manat məbləğində aliment tutulması və uşağın yanında qaldığı valideynə ödənilməsi qət edilmişdir. Həmin icra sənədinə görə Şəxs Alməmmədova (Nuriyeva) Günay Azad qızına hər ay 240 manat, Zərərçəkmiş şəxs isə Şəxs hər ay 120 manat aliment ödəməlidir. ”İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, həmin qarşılıqlı borclar onun tərəfindən faktiki əvəzləşdirilmiş, Şəxs hər ay Zərərçəkmiş şəxs 120 manat məbləğində aliment ödəməsi təklif olunmuşdur. Belə ki, icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, Şəxs borcunu ödəmək təklif edilmiş, lakin Şəxs müxtəlif bəhanələrlə icradan yayınmış və heç bir üzrlü səbəb göstərmədən məhkəmə qətnaməsini icra etməmişdir. Nəticədə Şəxs hal-hazıradək 1.920 manat məbləğində aliment borcu yaranmışdır. Bu isə tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyinə uyğun deyildir. Belə ki, Şəxs növbəti dəfə inzibati məsuliyyətdən yayındıqdan sonra cəzasızlıq şəraitində öz əməllərini davam etdirə bilər. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilməyərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(022)-241/2022 saylı qətnaməsinə əsasən onunla Alməmmədova (Nuriyeva) Günay Azad qızı arasında olan nikah ləğv edilmiş, onların birgə nikahından olan 3 uşaqdan 2 uşağın Alməmmədova (Nuriyeva) Günay Azad qızının, bir uşağın isə onun yanında qalması, həmin uşaqların saxlanması üçün hər ay ondan Zərərçəkmiş şəxs xeyrinə 240 manat, Zərərçəkmiş şəxs isə onun xeyrinə hər ay 120 manat məbləğində aliment tutulması qət olunmuşdur. Onun himayəsində olan uşağın sağlamlıq imkanları məhduddur və birinci qrup əlil kimi həmin uşağa aylıq 260 manat məbləğində müavinət, ona isə həmin uşağa baxmağa görə hər ay 100 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Qeyd edilən müavinət və təqaüd bir neçə gün bundan əvvəl təyin olunduğuna görə o, hələ heç bir pul vəsaiti almamışdır. Buna görə o, müavinət və pensiya aldıqdan sonra həmin vəsaitləri ilk növbədə aliment borcunun ödənilməsinə sərf edəcəkdir. Bundan yanaşı, o, onunla Zərərçəkmiş şəxs arasında nikah ləğv edildikdən sonra o, heç yerdə işləyə bilmədiyinə, yalnız qohum-qonşunun evində fəhləlik etdiyinə görə aliment borcu üzrə heç bir ödəniş edə bilməmişdir. Çünki, o, himayəsində olan xəstə uşağı tək saxlayıb başqa yerə köçə bilmir. Habelə Zərərçəkmiş şəxs ondan verdiyi şikayətə görə o, Azərbaycan Respublikası CM-nin 128 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi üçün o, iş tapmaq üçün başqa rayona gedə bilmədiyinə görə maddi vəziyyəti aliment borcunu ödəməyə imkan verir. Lakin o, aliment ödəmək öhdəliyinin məcburiyyətini anlayır və aliment üzrə yaranmış borcunu ödəmək üçün bütün tədbirləri görəcəkdir. Hazırda onun himayəsində xəstə uşağı var və o, əgər həbs olunarsa, həmin uşaq sahibsiz qalacaqdır. Sonda Şəxs onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs (Nuriyeva) izahatında göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(022)-241/2022 saylı icra sənədinə əsasən Şəxs 11 iyun 2008-ci il təvəllüdlü X3 və 29 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment alınıb ona verilməlidir. O da digər uşağın saxlanması üçün Şəxs 120 manat aliment ödəməli olduğuna görə həmin şəxsdən hər ay 240 manat yox, cəmi 120 manat aliment tutulmasını tələb edir. Lakin Şəxs birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün ona olan aliment borcundan indəyədək heç bir vəsait ödəməmiş və nəticədə Şəxs 1.920 manat məbləğində aliment borcu yaranmışdır. O, Şəxs həbs olunmasını tələb etməsə də, aliment borcunun həmin şəxsdən alınıb ona verilməsini, əks halda Şəxs inzibati məsuliyyətə cəlb edilməsini tələb edir. Sonda G.A.Nuriyeva Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(022)-241/2022 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 22 iyul 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən səmimi peşman olmduğunu və himayəsində 3 uşağının olmasını, o cümlədən sağlamlıq imkanları məhdud uşağın olmasını inzibati xətaya görə onun məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, tərəflərin qarşılıqlı aliment öhdəliklərinin olmasını, Şəxs himayəsində sağlamlıq imkanları məhdud uşağın olmasını, həmin uşağa qulluğa görə Şəxs Prezident təqaüdü təyin olunmasını nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-547/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-547/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver