Məhkəmə qərarları › İş №3(022)-547/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-547/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-547/2024 16.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, xx xxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun, Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 2024-cü ilin fevral ayında X1 Culfa şəhərində olduğu zaman əldə etdiyi az miqdarda – ümumilikdə 560 manat dəyərində 80 qutu “X4” əmtəə nişanlı siqaretləri idarə etdiyi “VOLVO” markalı, 67BK780/67ZA180 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində yerləşdirməklə, 23 fevral 2024-cü il tarixdə, saat 09 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Buna görə də Şəxs barəsində 23 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilmiş xüsusatları təsdiq edərək göstərdi ki, o, xx.xx.1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənənyar kəndində anadan olmuş və hazırda həmin ünvanda qeydiyyatda olmaqla, yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, dolanışığını sürücülük fəaliyyəti ilə məşğul olmaqla təmin edir. Belə ki, 16 ildir ki, sürücülük fəaliyyət ilə məşğuldur. 4 il olar ki, əsasən Naxçıvan şəhərindən Bakı şəhərinə və əks istiqamətdə müxtəlif yüklər daşımaqla məşğuldur. Sonuncu dəfə 17 fevral 2024-cü tarixində “sement və maşın" yükü gətirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə yola düşmüşdür. Təxminən 8-9 gün bundan əvvəl doğma xalası oğlu X2 onun üçün İrandan 7-8 qutu “X4” markalı siqaretlər alıb gətirməyini xahiş etdi. Həmçinin o İranda siqaretin ucuz olduğunu bildiyi üçün bəzən şəxsi istifadəsi üçün 1- 2 blok “X4” markalı siqaretlərdən alırdı. 17 fevral 2024-cü il tarixində, saat 21 radələrində Culfa gömrük postundan keçməklə İranın Culfa şəhərinə daxil olmuş. 18 fevral 2024-cü il tarixində, səhər saatlarında İranın Culfa gömrüyünün qarşısında yerləşən mağazaların birindən həm şəxsi istifadə üçün, həm də xalası oğlu Cəfərə vermək məqsədilə ödənişini sonradan ondan almaq şərti ilə ümumilikdə 80 manat müqabilində 100 qutu “X4” markalı siqaretlər aldı. Siqaretlərin 20 qutusunu şəxsi istifadəsi üçün, 80 qutusunu isə xalası oğlu Cəfər üçün aldı. Aldığı siqaretlərdən 80 qutu “X4” markalı siqaretləri avtomobilin dartıcısının çöl hissəsinin sağ tərəfində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerinin içərisindəki soyuducunun arxasında gizlətmiş, 20 qutusunu isə avtomobilin kəbininə qoymuşdur. Bundan sonra İranın Culfa şəhərindən İranın Biləsuvar şəhərinə yola düşmüşdür. Təxminən 10 saat sonra İranın Biləsuvar şəhərinə çatdım. Orada növbə çox olduğundan təxminən 5 gün İranın Biləsuvar gömrüyündə gözləməli oldu. 23 fevral 2024-cü il tarixdə, təxminən saat 09 radələrində İranın Biləsuvar gömrüyünü keçərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil oldu. Pasport nəzarətindən keçdikdən sonra avtomobili gömrük yoxlama yerinə sürdü. Həmin zaman gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu- sual apardı. Avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan malların olubolmamasını soruşdu. Mən də avtomobilimdə gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan malların olmadığını bildirdi və avtomobilimdə olan 20 qutu “X4” markalı siqaretləri gömrük nəzarətinə təqdim etdi. Daha sonra idarə etdiyi “VOLVO” markalı, 67BK780/67ZA180 qeydiyyat nişanlı yük avtomobili gömrük əməkdaşları tərəfindən yoxlanıldı. Yoxlama zamanı rentgen qurğusundan keçərkən avtomobilin dartıcısının çöl hissəsinin sağ tərəfində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerinin içərisindəki soyuducunun arxasından gömrük nəzarətindən gizlətdiyi 80 qutu “X4” markalanma yazısı olan siqaretlər aşkar edildi. Sonda onun idarə etdiyi “VOLVO" markalı, 67BK780/67ZA180 dövlət qeydiyyat nişanlı yük avtomobilindən aşkar edilən, ümumilikdə 80 qutu üzərində “X4” markalanma yazısı olan siqaretlər protokol əsasında götürülərək qablaşdırıldı. Həmçinin qanunvericiliyin tələblərinə əsasən gömrük nəzarəti zamanı təqdim etdiyi 20 qutu “X4” markalanma yazısı olan siqaretlərdən 10 qutusu müvəqqəti saxlanc anbarına yerləşdirildi və digər 10 qutusu isə mənim özümə qaytarıldı. Bununla əlaqədar olaraq protokol tərtib olundu, mən də həmin protokolu imzaladı. Sonda Şəxs əməlindən peşman olduğunu, bir daha belə hərəkətə yol verməyəcəyini bildirərək barəsində barəsində ədalətli qərara qəbul ediməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala əlavə olunmuş izahatında göstəmişdir ki, o, rəsmi olaraq heç yerdə işləməsə də, dolanışığını sürücülük fəaliyyəti ilə məşğul olmaqla təmin edir. Belə ki, 16 ildir ki, sürücülük fəaliyyət ilə məşğuldur. Təxminən 4 il olar ki, əsasən Naxçıvan şəhərindən Bakı şəhərinə və əks istiqamətdə müxtəlif yüklər daşımaqla məşğuldur. Sonuncu dəfə 17 fevral 2024-cü tarixində “sement və maşın” yükü gətirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə yola düşmüşdür. Təxminən 8-9 gün bundan əvvəl doğma xalası oğlu X2 ondan C.Bayramov üçün İrandan 7-8 blok “X4” markalı siqaretlər alıb gətirməyimi xahiş etdi. O, mümkün olsa, alıb gətirəcəyini ona bildirdi. Həmçinin, o İranda siqaretin ucuz olduğunu bildiyi üçün bəzən şəxsi istifadəsi üçün 1-2 blok “X4" markalı siqaretlərdən alırdı. 17 fevral 2024-cü il tarixində, saat 21 radələrində Culfa gömrük postundan keçməklə iranın Culfa şəhərinə daxil olmuşdur. İran gömrüyündə sənədləşmə işləri çox çəkdiyi üçün səhərə qədər gözləməli oldu. 18 fevral 2024-cü il tarixində, səhər saatlarında İranın Culfa gömrüyünün qarşısında yerləşən mağazaların birindən həm şəxsi istifadəsi üçün, həm də xalası oğlu Cəfərə vermək məqsədilə ödənişini sonradan ondan almaq şərti ilə ümumilikdə 80 manat müqabilində 100 qutu “X4” markalı siqaretlər aldı. Siqaretlərin 20 qutusunu şəxsi istifadəsi üçün, 80 qutusunu isə xalası oğlu Cəfər üçün aldı. Aldığı siqaretlərdən 80 qutu “X4" markalı siqaretləri avtomobilin dartıcısının çöl hissəsinin sağ tərəfində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerinin içərisindəki soyuducunun arxasında gizlətdim, 20 qutusunu isə avtomobilin kəbininə qoydum. Bundan sonra İranın Culfa şəhərindən Biləsuvar şəhərinə yola düşdüm. Təxminən 10 saat sonra İranın Biləsuvar şəhərinə çatdı. Orada növbə çox olduğundan təxminən 5 gün İranın Biləsuvar gömrüyündə gözləməli oldu. 23 fevral 2024-cü il tarixdə, təxminən saat 09 radələrində İranın Biləsuvar gömrüyünü keçərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil oldum. Bundan sonra idarə etdiyi “VOLVO” markalı, 67BK780/67ZA180 qeydiyyat nişanlı yük avtomobilini xəttə daxil etdi. Biz pasport nəzarətindən keçdikdən sonra avtomobilini gömrük yoxlama yerinə sürdü. Bu zaman gömrük əməkdaşı mənimlə şifahi şəkildə sorğu - sual apardı. Avtomobilimdə gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan malların olubolmamasını soruşdu. Mən də avtomobilimdə gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan malların olmadığını bildirdim və avtomobilimdə olan 20 qutu “X4” markalı siqaretləri gömrük nəzarətinə təqdim etdim. Daha sonra idarə etdiyim “VOLVO” markalı, 67BK780/67ZA180 qeydiyyat nişanlı yük avtomobili gömrük əməkdaşları tərəfindən yoxlanıldı. Yoxlama zamanı rentgen qurğusundan keçərkən avtomobilin dartıcısının çöl hissəsinin sağ tərəfində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerinin içərisindəki soyuducunun arxasından gömrük nəzarətindən gizlətdiyi 80 qutu "X4” markalanma yazısı olan siqaretlər aşkar edildi. Sonda onun idarə etdiyi 'VOLVO' markalı, 67BK780/67ZA180 dövlət qeydiyyat nişanlı yük avtomobilindən aşkar edilən, ümumilikdə 80 qutu üzərində ‘X5’ markalanma yazısı olan siqaretlər protokol əsasında götürülərək qablaşdırıldı. Həmçinin gömrük nəzarəti zamanı təqdim etdiyi 20 qutu “X4” markalanma yazısı olan siqaretlərdən 10 qutusu müvəqqəti saxlanc anbarına yerləşdirildi və digər 10 qutusu isə onun özünə qaytarıldı. Bununla əlaqədar olaraq protokol tərtib olundu, o da həmin protokolu imzaladı. Nəqliyyat vasitəsinin yoxlanılması haqqında 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 23 fevral 2024-cü il tarixdə, saat 09 radələrində Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “VOLVO" markalı, 67BK780/67ZA180 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük nəzarəti qaydasında, tütün məmulatlarının axtarışı zamanı avtomobilin dartıcısının çöl hissəsinin sağ tərəfində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerinin içərisindəki soyuducunun arxasından malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 80 qutu “X4” markalı siqaretlər aşkar edilib götürülmüşdür. Məhkəmə-bioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 mart 2024-cü il tarixli, 3-16-16/2-7/335-9/1636 nömrəli rəyindən gorünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 80 qutu “X4” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə İstehsalı olan 1 qutusunun qiyməti 7 manat olan 80 qutu, siqaretlər istifadəyə yararlıdırlar və həmin tütün məmulatlarının 23 fevral 2024-cü il tarixə olan orta bazar qiyməti ümumilikdə 560 manatdır. Tədqiqata təqdim edilmiş «X4» markalı siqaretlərdən 4 qutu tədqiqata sərf edilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə sonuncu barəsində cnayə işi üzrə icraata xitam Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş və həmin cinayət işinin materiallarından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə material ayrıılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 43.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir; 479-cu maddəsinin “Qeyd” hissəsinə görə həmin Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən iş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan, ümumilikdə 560 (beş yüz altmış) manat malların dəyərinin 40 (qırx) faizi miqdarında – 224 (iki yüz iyirmi dörd) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar