Məhkəmə qərarları › İş №3(022)-548/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-548/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-548/2023 22.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X8 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X4 Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Biləsuvar rayonu İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu İsmətli kəndində qeydiyyatda olan və Zəhmətabad kəndində yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 21 may 2023-cü il tarixdə saat 07:30 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X4 Bölməsinin sahə rəisi X3 göstərmişdir ki, Şəxs 21 may 2023-cü il tarixdə saat 07:30 radələrində YPX-nin inspektoru polis serjantı Mahir Abızadə ilə birlikdə 2 nömrəli avtopatrulda Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın qarşısında bir neçə nəfər şəxs səkinin üzərində yerləşən mağazanın qarşısına təsərrüfat və taxıl məhsulları yığaraq qanunsuz küçə ticarəti ilə məşğul olaraq piyadaların gediş-gəlişinə maneəçilik törətdiyi üçün həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra həmin şəxsə etdiyi qayda pozuntusunu izah edərək və sənədlərini təqdim etməsini bildirmişlər. Həmin şəxs onlara heç bir sənədinin olmadığını bildirmişdir. Bu zaman həmin şəxslərdən biri küçədə insanların içərisində polisin ünvanına nəlayiq söyüşlər söyməyə başlamışdır. Polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də həmin şəxs öz əməllərini davam edərək insanları qışqıraraq onların ətrafına toplamışdr. Bu zaman həmin şəxs polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Bu zaman həmin şəxsi nizam-intizama dəvət etsələr də o eyni hərəkətləri davam etdirmiş və ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışlar. Bundan sonra həmin şəxsi məcburi şəkildə RPŞ-nə gətirib NH-nə təhvil vermişlər. RPŞ-nın NH-də məlum olmuşdur ki, həmin şəxs Biləsuvar rayonu Zəhmətabad kəndində yaşayan Şəxsdur. Beləliklə, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, onun küçə ticarətilə məşğul olmasını görə polis işçiləri ona yaxınlaşmış, küçədə olan əşyaları yığışdırmasını təklif etdikləri üçün bərk əsəbləşmiş, ona görə də polis işçilərinə nalayiq ifadələr işlətmiş, buna səbəb əsəbi olması olmuşdur. Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. X6 izahat verərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsi PPX-nin Bölüyünün polis nəfəri vəzifəsində çalışır. 21 may 2023-cü il tarixdə saat 07:30 radələrində PPX-nin Bölüyünün polis nəfəri Mahir Abızadə ilə birlikdə 2 nömrəli avtopatrulda Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın qarşısında bir neçə nəfər şəxs küçə ticarəti ilə məşğul olaraq piyadaların gediş-gəlişinə maneəçilik törətdiyi üçün həmin şəxslərə yaxınlaşaraq, özünü təqdim etdikdən sonra həmin şəxsə etdiyi qayda pozuntusunu izah etmişlər. Həmin şəxsi nizam-intizama dəvət etsələr də o, eyni hərəkətləri davam etdirmiş və ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sonra həmin şəxsi məcburi şəkildə RPŞ-nə gətirib NH-nə təhvil vermişlər. Şahid X2 Orxan Vidadi oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan 21 may 2023-cü il tarixli AZA N 018884 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 21 may 2023-cü il tarixdə saat 08:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 21 may 2023-cü il tarixdən saat 08:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar