Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-550/2024 27.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Biləsuvar rayonunun, Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı övladı olan, təsərrüfatla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 26 iyun 2024-cü il tarixdə, saat 17 radələrində, Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında ona məxsus olan avtomobilin duracaqdan buraxılmasını tələb edərək Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına uca səslə nalayiq ifadələr işlətməklə, davamlı olaraq ictimai qaydanı pozan hərəkətlərə yol vermiş və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmişdir. Bundan başqa, Şəxs cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 27 iyun 2024-cü il tarixli müvafiq qərarlarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda ona istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolları tərtib etmiş X7 izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. 26 iyun 2024-cü il tarixdə saat 17 radələrində Biləsuvar rayon Polis İdarəsinin inzibati binasında xidməti otağında olan zaman vətəndaş Şəxs uca səslə aqressiv şəkildə səs-küy salaraq avtomobilinin duracaqdan buraxılmasını tələb etdi. Bu zaman o, vətəndaşı sakitləşdirməyə çalışsa da, Şəxs eyni hərəkətləri davam etdirdi və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdi. Bu zaman həmin şəxsin sərxoş olması hiss olunurdu. Bundan sonra səsküyə polis serjantı Kənan Kazımov və 1 nömrəli stasionar postda xidmətdə olan polis serjantı Heydər Cəfərzadə otağa gəldilər. Şəxsdən ictimai yerdə ictimai qaydanı pozmamaq və səs-küy salaraq digər vətəndaşların narahatlığına səbəb olmaması, eləcə də şöbənin iş rejimini pozmaması dəfələrlə tələb olunsa da, o, polisin qanuni tələblərinə tabe olmayaraq eyni hərəkətləri davam etdirdi. Daha sonra vətəndaş Şəxs binanın qarşısına çıxaraq yenidən ünvansız ifadələr işlətməyə başladı, polis əməkdaşları müdaxilə etmək istədikdə isə qaçmağa cəhd göstərdi. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən etmişdir. Buna görə də Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 26 iyun 2024-cü il tarixdə Biləsuvar rayon Polis İdarəsinin inzibati binasında və daha sonra binanın qarşısında uca səslə avtomobilinin duracaqdan buraxılmasını tələb etmiş, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs bir qədər spirtli içki qəbul etdiyini etiraf etmiş, əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş polis əməkdaşı X4 izahatında bildirdi ki, o, 26 iyun 2024cü il tarixdə saat 17 radələrində xidmətdə olarkən, vətəndaş Şəxs uca səslə səs-küy salaraq avtomobilinin duracaqdan buraxılmasını tələb etmişdir. Bu zaman o, digər əməkdaşlarla birlikdə vətəndaşı sakitləşdirməyə çalışsa da, Şəxs eyni hərəkətləri davam etdirdi və nalayiq ifadələr işlətdi. Bu zaman həmin şəxsin sərxoş olması hiss olunurdu. Şəxsdən ictimai yerdə ictimai qaydanı pozmamaq və səs-küy salaraq digər vətəndaşların narahatlığına səbəb olmaması, eləcə də şöbənin iş rejimini pozmaması dəfələrlə tələb olunsa da, o, polisin qanuni tələblərinə tabe olmayaraq eyni hərəkətləri davam etdirdi. Məhkəmədə şahid qismində dindirilmiş X5 və X6 şahid X2 izahatı ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 020105 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18.00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə Biləsuvar rayon Polis İdarəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə Biləsuvar rayon Polis İdarəsinin inzibati binasının qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs barəsində “yüngül dərəcədə sərxoş” rəyi verilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbləri pozulduğu üçün qanunvericiliyə uyğun olaraq toplanmış materiallar Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 510-cu maddəsinə əsasən maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarı: Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə tərəfindən inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyəti, himayəsində 2 övladının olması və onun təqsirinin dərəcəsini nəzərə alınır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, belə hərəkətlərin davam etdirilməsini və 33.1.7-ci maddəsinə əsasən şəxsin sərxoş halda inzibati xəta törətməsini onun məsuliyyətini ağırlaşdıran hal olaraq müəyyən edir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan əsas inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, 535.1-ci maddə ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbsin əvvəli tutulduğu vaxtdan, yəni 26 iyun 2024-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 26 iyun 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-550/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-550/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver