Məhkəmə qərarları › İş №3(022)-553/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-553/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-553/2023 22.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, Məsləhətçi (iclas katibi) Abdullzadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Yardımlı rayonu Bürzünbül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Biləsuvar şəhəri, Ə.Hacıyev küçəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs polis tərəfindən əvvəllər xəbərdarlıq olunmasına baxmayaraq, 22 may 2023cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev prospekti ərazisində taxıl məhsullarını müəyyən olunmamış yerə yığaraq qanunsuz küçə ticarəti ilə məşğul olaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X7 göstərdi ki, Biləsuvar Rayon Polis X1 Bölməsinin polis sahə rəisi vəzifəsində işləyir. Biləsuvar şəhəri, Ə.Hacıyev küçəsində qeydiyyatda olmaqla həmin unvanda yaşayan Şirinov X2 şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən şəxsi mülkiyyətində olan mağazanın qarşısına təsərrüfat və taxıl məhsulları yığaraq qanunsuz küçə ticarəti ilə məşğul olurmuşdur. Biləsuvar rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşları X8 və X5 22 may 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev prospekti ərazisində xidmətdə olan zaman 1 nəfət şəxsin həmin ərazidə mağazanın qarşısına təsərrüfat və taxıl məhsulları yığaraq qanunsuz küçə ticarəti ilə məşğul olmasını görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq etdiyi əməlin qanuna zidd olmasını ona izah etmişlər. Lakin həmin şəxs polis əməkdaşlarının ünvanına nalayiq və kobud ifadələr işlətməklə polis əməkdaşlarını təhqir etməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də polis əməkdaşları həmin şəxsi Biləsuvar rayon Polis Şöbəsinə gətirmişlər və bundan sonra həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Qeyd edilən hadisə ilə əlaqdar aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tələbləri pozulmuşdur. Biləsuvar rayon Polis Şöbəsinin PPX-nın polis nəfəri X8 ifadəsində gösrərmişdir ki, xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonu H.Əliyev küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin mağazanın qarşısında taxıl və təsərüfat məhsullarını yığmasını görərək həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və küçə ticarətinin qanunsuz olduğunu ona bildirmişdir. Lakin həmin şəxs uca səslə nalayiq kobud ifadələr işlətməklə onları təhqir etmişdir. Həmin şəxsə qanunun tələbini izah etsələr də o, buna məhəl qoymaraq öz qanunsuz hərəkətlərinə davam etdirmişdir. Daha sonra həmin şəxsi RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında Polis Şöbəsinin PPX-nın polis nəfəri Gözəlov Sübhan Hicran oğlu X6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları etiraf etməklə, hazırda əməlindən səmimi peşman olduğunu bildimiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xəta əməlinə görə səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbs etmənin əvvəli 22 may 2023-cü il tarixdən saat 10:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 22 may 2023-cü il tarixdən saat 10:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar