Məhkəmə qərarları › İş №3(022)-553/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-553/2024

29.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-553/2024 29.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X9 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 03 avqust 1988-ci ildə Biləsuvar rayonu Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və Zəhmətabad kəndində yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 28 iyun 2024-cü il tarixdə saat 17:30 radələrində Biləsuvar rayonu Zəhmətabad kənd ərazisində ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X7 göstərmişdir ki, xx.xx.2024-cü i! tarixdə saat 17:30 radələrində Biləsuvar rayonu Zəhmətabad kənd əzisində 2 nömrəli avtopatrulda polis nəfəri polis serjantı Elxan Ağayev ilə birlikdə xidmətdə olan zaman yolun kənarında bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətməsini eşitmiş və həmin şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Bu zaman onlar həmin şəxsə ictimai yerdə nalayiq ifadələr işlətməsinin digər vətəndaşların narhatiığına səbəb olmasını və ictimai yerdə ictimai qaydanı pozaraq etdiyi hərəkətlərin inzibati məsuliyyətə səbəb olduğunu izah etmişlər. Bu zaman həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq və səbəb olmadan polisin də ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələrdə o, polisin qanuni tələbinə tabe olmayaraq öz əməlini davam etmişdir. Bundan sonra polis əməkdaşları onu avtopatrula əyləşdirərək RPŞ-na gətirmək istədikdə o, qaçmağa başlamışdır. Lakin onlar dərhal həmin şəxsə fiziki güc tətbiq edərək məcburi qaydada avtopatrula əyləşdirib barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin NH-nə gətirib təhvil verilmişdir. RPŞ-nın NH-də məlum olmuşdur kı, həmin şəxs Biləsuvar rayonu Zəhmətabad kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Şəxsdur. Beləliklə, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, xx.xx.2024-cü i! tarixdə saat 17:30 radələrində ünvan 1 ünvansız nalayiq ifadələr işlətmiş, bunu həmin vaxt orada xidmətdə olan polis əməkdaşları eşitmiş və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman ona ictimai yerdə nalayiq ifadələr işlətməsinin digər vətəndaşların narhatiığına səbəb olmasını və ictimai yerdə ictimai qaydanı pozaraq etdiyi hərəkətlərin inzibati məsuliyyətə səbəb olduğunu izah etmişlər. O, əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələbinə tabe olmayaraq öz əməlini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları ona fiziki güc tətbiq edərək məcburi qaydada avtopatrula əyləşdirib RPŞ-nin NH-nə gətirib təhvil vermişlər. Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. X6 izahat verərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsi PPX-nin Bölüyünün polis nəfəri vəzifəsində çalışır. xx.xx.2024-cü i! tarixdə saat 17:30 radələrində Biləsuvar rayonu Zəhmətabad kənd əzisində 2 nömrəli avtopatrulda xidmətdə olan zaman yolun kənarında bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətməsini eşitmiş və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman onlar həmin şəxsə ictimai yerdə nalayiq ifadələr işlətməsinin digər vətəndaşların narhatiığına səbəb olmasını və ictimai yerdə ictimai qaydanı pozaraq etdiyi hərəkətlərin inzibati məsuliyyətə səbəb olduğunu izah etmişlər. Bu zaman həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq və səbəb olmadan polisin də ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələbinə tabe olmayaraq öz əməlini davam etmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsə fiziki güc tətbiq edərək məcburi qaydada avtopatrula əyləşdirib barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin NH-nə gətirib təhvil vermişlər. RPŞ-nın NH-də məlum olmuşdur kı, həmin şəxs Biləsuvar rayonu Zəhmətabad kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Şəxsdur. Şahid X1 Elxan Hakim oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan 28 iyun 2024-cü il tarixli AZA N 020104 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 28 iyun 2024-cü il tarixdə saat 18:18-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28 iyun 2024-cü il tarixdən, saat 18:18-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar