Məhkəmə qərarları › İş №3(022)-556/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-556/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-556/2024 26.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə "xxxx" MMC Hüquqi ünvanı: Biləsuvar şəhəri 1 may küçəsi ev 7 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada xx.xx.2024-cü il tarixdə saat 14:35-də keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar (cərrahi stomatoloji, endokrinoloji) işlərə dair iş və fəaliyyət aşkarlanmışdır. Buna görə də "xxxx" MMC barəsində İXM-in 215.1-ci maddəsi ilə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi PHŞ-nin X5 mütəxəssisi Nümayəndə tərəfindən 21 iyun 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə izahatında "xxxx" MMC-nin barəsində 21 iyun 2024-cü il tarixli plandankənar yoxlamanın nəticələrinə dair 379 saylı aktda qeyd olunan nöqsanlarla razı olduğunu, həmin nöqsanların artıq aradan qaldırıldığını göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümyəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan X3 Biləsuvar Rayon Prokurorluğuna ünvanladığı ərisəzindən görünür ki, o, 2024-cü ilin yanvar ayında gözünün zəif görməsi ilə bağlı müayinə üçün "xxxx" MMC-yə gedən zaman orada həkimlərin qeyri peşəkarlığının və natəmizliyin şahidi olduğunu, buna görə də xəstəxanada tibb işçisi ilə mübahisə etdiyini və həmin xəstəxanadan qovulduğunu göstərmişdir. İş materiallarında olan Biləsuvar rayon prokuroru Ramin X1 şikayəti ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəisi Murad Süleymanova ünvanladığı məktubda ərizəçi X2 müraciətində göstərilən xüsusatların yoxlanılıb nəticəsi barədə rayon prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 14 iyun 2024-cü il tarixli № 3-28-1/3-2-685/2024 saylı qərarından görünür ki, «Sahibarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq ünvan 2 ünvanında yerləşən "xxxx" MMC Tibb Mərkəzinin fəaliyyətinin yoxlanılması qərara alınmışdır. Qeyd olunan yoxlamanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi PHŞ-nin X5 mütəxəssisi Nümayəndə tərəfindən tərtib edilmiş «Özəl tibb müəssisələrində plandankənar (növbədənkənar) yoxlama»nın nəticələrinə dair 21 iyun 2024-cü il tarixli 379 saylı Aktından görünür ki, 21 iyun 2024-cü il tarixdə saat 11:43-də Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ev 224B ünvanında yerləşən "xxxx" MMCyə məxsus klinikada keçirilən plandankənar (növbədənkənar) yoxlama zamanı müəyyən edilmişdir ki, tibbi qeydiyyat işləri natamam qaydada icra olunur, tibb fəaliyyəti üçün istifadə olunan avadanlıqlar üzrə normativ texniki uyğunluq barədə metroloji sənədlər qismən təmin olunur, ginekoloji iş üzrə “abort” prosedurlarının (qeydiyyat sənədlərinə əsasən) 5,6,7 həftəliklərdə icra olunduğu müəyyən edilmişdir.Sterlizasiya sahəsində qaydalara riayət olunmur, əlavə əşyalar yerləşdirilib, bakterisid lampa yararsız vəziyyətdədir, dezinfeksiyaedici işçi məhlul və alətlər əlavə edilmiş konteyner üzərində müvafiq qeydlər edilmir, havalandırma sisteminə texniki qulluq barəsində təstiqedici sənəd yoxlamaya təqdim edilmədi, müəssisədə oftolmoloji cərrahi əməliyyatların icrası üzrə nəzərdə tutulmuş sahəyə baxış keçirilən zaman tamamilə boş, istifadəyə verilməmiş vəziyyətdə müşahidə edildi.Bu barədə tibbi qeydiyyat sənədlərinə rast gəlinmədi. Şikayətdə adı qeyd edilən “stomatoloji”, “ultrasəs müayinə” üzrə işlər lisenziya üzrə mövcuddur və cari olaraq da fəaliyyətləri mövcuddur. Beləliklə, toplanmış sübutlarla "xxxx" MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində İXM-in 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: ünvan 4 ünvanı ünvan 5an Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, "xxxx" MMC barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar